AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
Tələblər

Dərc olunacaq məqalə redaksiyaya həm kağız, həm də elektron formada təqdim olunmalıdır. 

Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır: 

1. Məqalə Azərbaycan, rus və ingilis dillərindən birində hazırlanmalı, məqalənin adı, xülasə və açar sözlər hər üç dildə təqdim olunmalıdır. 
2. Məqalə Microsoft Word mətn redaktorunda A4 formatında (soldan - 2 см., Yuxarıdan, aşağıdan və sağdan - 2,5 см.), Times New Roman şrifti ilə 12 pt. ölçüdə, vahid sətirarası intervalla və mətn daxili yazıda 1 sm. abzas buraxmaqla hazırlanmalı və 12 səhifədən artıq olmamalıdır. 

3. Məqalənin mətninin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə olunur: 

• Giriş (məsələnin aktuallığı, problemin hazırkı vəziyyəti) 
• Tədqiqatın məqsədi, məsələnin qoyuluşu
• Məsələnin həll üsulları və aprobasiyası 
• Alınan nəticələrin tətbiqi 
• Nəticə 

4. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: UOT - soldan, qalın şriftlə, sonda 6 pt. интервал; müəlliflərin soyadı və inisialları - soldan, kursiv və qalın şriftlə; müəlliflərin iş yeri, şəhər, ölkə və e-poçt ünvanı - soldan, sonda 6 pt. интервал; məqalənin adı - ortadan, böyük hərflərlə, qalın şriftlə, sonda 6 pt. интервал; xülasə (mətn təqdim olunan dildə) - kursivlə, sonda 6 pt. интервал; açar sözlər - kursivlə, sonda 6 pt. интервал; giriş və digər alt başlıqlar - soldan, qalın şriftlə, əvvəlində və sonunda 6 pt. intervalla.

5. Ədəbiyyat siyahısı: hər bir istinad olunan mənbənin adı tərcümə olunmadan, məqalədə istifadə olunma ardıcıllığına uyğun olaraq nömrələnir. 

6. Ədəbiyyat siyahısından sonra məqalənin hazırlandığı dildən fərqli digər 2 dildə müəllifin soyadı, adı, atasının adı, məqalənin adı, xülasə və açar sözlər təqdim olunur. 

7. Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl - cədvəlin yuxarısında, sağdan (Məs., Cədvəl 1.), şəkil - şəklin altında, ortadan (Məs., Şəkil 1.) və mətn hissədən (yuxarıdan və aşağıdan) 1 boş sətir buraxmaqla göstərilməlidir , 

8. Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılır. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düsturun nömrəsi sağda mötərizədə yazılır.

9. Redaksiyaya məqalə göndərildikdə müəlliflər haqqında məlumat: soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi rütbəsi, iş yeri, vəzifəsi, telefon nömrəsi, e-mail ünvanı da təqdim olunmalıdır. 

10. Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır. 

11. Redaksiyaya daxil olan məqalələr rəyə təqdim olunur və müsbət rəy almış məqalələr çapa tövsiyə olunur.

12. Rəyvermə prosesində məqalə rəy üçün iki rəyçiyə göndərilir. Rəyçilər məqalənin qəbul olunub-olunmaması və əhəmiyyətli dəyişikliklər edilib yenidən göndərilməsi ilə bağlı qərarlar qəbul edirlər. Eyni rəyçilər tərəfindən yenidən işlənmiş məqalənin (dəyişikliklər zəruri olan məqalələr) keyfiyyətinin məqbul olub-olmaması müəyyən olunacaqdır. Məqalə rəyçilər tərəfindən qəbul olunarsa, müəlliflər bu barədə məlumatlandırılacaqdır. Müəllif məqalənin jurnalda nəşri haqqında( həm onlayn, həm də çap versiyasında) məlumatlandırılacaqdır. Rəy prosesi maksimum 2 həftə çəkir. Bütün əlyazmalar e-mail vaitəsilə redaktora göndərilməlidir. Müəlliflər məqalələri təqdim etməzdən qabaq müəlliflər üçün təlimatlarla tanış olmalıdırlar.

13. Jurnalda məqalələrin nəşri pulsuzdur.

14. Redaksiyanın ünvanı: Az1141, Bakı şəh., B. Vahabzadə küç., 9, AMEA İnformasiya Texnologiyaları İnstitutu, «İnformasiya cəmiyyəti problemləri» jurnalının redaksiyası. E-poçt ünvanı: icp@iit.ab.az