AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
DİL SƏNAYESİ: İMKANLAR, PERSPEKTİVLƏR VƏ PROBLEMLƏR (azərb.)
Əliquliyev Rasim M., Mahmudov Rasim Ş.

Məqalədə dil sənayesinin mahiyyəti, xüsusiyyətləri, müasir vəziyyəti və perspektivləri araşdırılır. İnformasiya cəmiyyətində dil xidmətlərinin rolu göstərilir. Dil sənayesi biliklər iqtisadiyyatının mühüm sahəsi kimi xarakterizə olunur. Eləcə də, dil sənayesinin əsas seqmentləri təsnifatlandırılır, onların xarakterik xüsusiyyətləri şərh edilir. İqtisadiyyatda dil sənayesi hesabına formalaşan linqvistik kommunikasiyanın əhəmiyyəti analiz olunur. Dil sənayesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin perspektivləri göstərilir. Elmi innovasiya iqtisadiyyatında dil faktorunun rolu müəyyən edilir. Dil sənayesinin aparıcı seqmentlərindən biri olan xarici dil tədrisinin iqtisadiyyatı şərh olunur. Qlobal ünsiyyət dilinin gələcək perspektivləri və onun dil sənayesinin inkişafına təsiri araşdırılır. Həmçinin Azərbaycanda dil sənayesinin mövcud vəziyyəti tədqiq edilir və ölkəmizdə bu sahənin inkişafına dair təkliflər irəli sürülür (səh.3-26).

Açar sözlər:dil sənayesi, biliklər iqtisadiyyatı, linqvistik kommunikasiya, linqvistik texnologiyalar, maşın tərcüməsi, tərcümə bazarı, xarici dilin tədrisi.
DOI : 10.25045/jpis.v09.i1.01