AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
SOSİAL MEDİA MÜHİTİNDƏ E-TİBB FƏALİYYƏTİ (azərb.)
Məmmədova Məsumə H., İsayeva Aytac M.

Məqalədə sosial media mühitində tibb fəaliyyəti araşdırılmışdır. E-tibbə sosial medianın inteqrasiyası məsələlərinə baxılmış, tibbi sosial şəbəkələrin müxtəlif növləri və təyinatı tədqiq edilmış, sosial media mühitində tibb mütəxəssislərinin və pasiyentlərin fəaliyyət istiqamətləri və tipləri nəzərdən keçirilmiş, kroudsorsinq texnologiyasının tibbi sosial şəbəkələrdə istifadəsi imkanları göstərilmiş, virtual tibbi resursların yaratdığı risklər təhlil edilmişdir. Tibbi sosial şəbəkələrin istiqaməti və əsas subyektləri müəyyənləşdirilmiş, istifadəçilər maraq dairələrinə görə seqmentləşdirilmiş və onlar arasında qarşılıqlı münasibətlər müəyyən edilmişdir (səh.57-68). 

Açar sözlər:e-tibb, sosial media, tibbi sosial şəbəkələr, tibb mütəxəssisləri, e-pasiyent, risk faktorları.
DOI : 10.25045/jpis.v09.i1.05