AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
ELEKTRON DÖVLƏT MÜHİTİNDƏ VƏTƏNDAŞLARIN SOSİAL KREDİT SİSTEMİNİN YARADILMASININ KONSEPTUAL ƏSASLARI (azərb.)
Əliquliyev Rasim M., Ələkbərova İradə Y.

Vətəndaşların kredit reytinqinin müəyyən olunması, kredit ballarının hesablanması əməliyyatları son vaxtlar daha da inkişaf edərək sosial kredit sisteminin yaradılmasına təkan vermişdir. Məqalədə e-dövlət mühitində sosial kapitalın rolu, vətəndaşların kredit reytinqinin müəyyən olunması və istifadəsi ilə əlaqədar dünya təcrübəsi araşdırılmışdır. Çin vətəndaşlarının etimadını qiymətləndirmək üçün nəzərdə tutulmuş “Social Credit Score” sisteminin iş prinsipi, əhəmiyyəti və təhlükələri analiz olunmuşdur. Sosial kreditin e-dövlət mühitində rolu müəyyənləşdirilmişdir. Sosial kredit sisteminin yeni konseptual modeli təklif olunmuşdur (səh.3-15).

Açar sözlər:kredit reytinqi, sosial kredit, kredit tarixi, FICO metodu, sosial kapital, etimad, “Social Credit Score”, konseptual model.