AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
MİLLİ KİBERTƏHLÜKƏSİZLİK ÜÇÜN ENTROPİYA ÇƏKİLƏRİ VƏ DİNAMİK İNDEKS (azərb.)
İmamverdiyev Yadigar N.

Hazırda kibertəhlükəsizlik milli təhlükəsizliyin vacib komponentlərindən birinə çevrilmişdir və onun effektiv təmin edilməsi üçün milli kibertəhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi vacib məsələdir. Bu məsələnin həlli üçün bir sıra təşkilatlar tərəfindən milli kibertəhlükəsizlik indeksləri təklif edilmişdir. Lakin milli kibertəhlükəsizlik indeksinin işlənməsi sahəsində elmi tədqiqatlar və praktiki işlər erkən mərhələdədir,onların metodoloji əsaslandırılması qənaətbəxş və tam deyil. Bu işdə mövcud milli kibertəhlükəsizlik indeksləri müqayisəli analiz edilir, onların üstün və nöqsanlı cəhətləri göstərilir, onların təkmilləşdirilməsi üçün təkliflər irəli sürülür. Kompozit milli kibertəhlükəsizlik indekslərinə daxil olan indikatorların çəkilərinin entropiya əsasında qiymətləndirilməsi metodu təklif edilir. Nəhayət, statik və dinamik kibertəhlükəsizlik indeksləri daxil edilir və təklif edilən yanaşmaların real verilənlər əsasında qiymətləndirilməsi aparılır (səh.16-27).

Açar sözlər:kibertəhlükəsizlik, indikator, entropiya, kompozit indeks, dinamik indeks, statik kibertəhlükəsizlik indeksi, dinamik kibertəhlükəsizlik indeksi, milli kibertəhlükəsizlik indeksi.