AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
BİG DATA ERASINDA FƏRDİ MƏLUMATLARIN HÜQUQİ REJİMİNİNİN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ PROBLEMLƏRİ (azərb.)
Mahmudov Rasim Ş.

Big Data texnologiyalarının inkişaf etdiyi və iqtisadi əhəmiyyətinin artdığı müasir dövrdə fərdi məlumatların hüquqi rejiminin müəyyən edilməsinə yeni yanaşma tələb edilir. Mövcud situasiya Big Data-nın iqtisadi potensialından maksimum faydalanmaqla yanaşı, insanların şəxsi həyatının etibarlı mühafizəsini təmin etmək üçün optimal, balanslaşdırılmış həll yollarını tələb edir. Məqalədə Big Data erasında fərdi məlumatların toplanması və emalı ilə bağlı hüquq normalarının təkmilləşdirilməsi zərurəti əsaslandırılır. Fərdi məlumatlara mülkiyyət hüququnun tanınması probleminin aktuallığına diqqət çəkilir. İnsanların özəl həyatı ilə bağlı məlumatların şəxssizləşdirilməsi, onların emalının legitimləşdirilməsi və məhdudlaşdırılması ilə bağlı hüquqi konsepsiyalarla Big Data texnologiyalarının tətbiqi konsepsiyaları arasındakı ziddiyyətlər şərh olunur (səh.28-33).

Açar sözlər:Big Data texnologiyaları, fərdi məlumatlar, fərdi məlumatların şəxssizləşdirilməsi, məlumatların emalının legitimləşdirilməsi, məlumatların emalının məhdudlaşdırılması.