AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
İNFORMASİYA İQTISADİYYATI SEKTORLARININ VƏ İNNOVATİV STRUKTURLARININ İNKİŞAFINA DÖRDÜNCÜ SƏNAYE İNQİLABININ TƏSİRİNİN ANALİZİ (azərb.)
Əliyev Əlövsət Q., Şahverdiyeva Roza O.

Məqalə informasiya iqtisadiyyatı sektorlarının formalaşmasına, yeni sənaye strukturlarının və innovativ texnoparkların inkişafına IV sənaye inqilabının təsiri məsələlərinin tədqiqinə həsr olunmuşdur. Burada yeni sənaye inqilabı və onun təsiri nəticələri haqqında elmi işlərin icmal-təhlili aparılmışdır. IV sənaye inqilabının müasir iqtisadiyyata və iqtisadi strukturların fəaliyyətinə təsiri məsələləri araşdırılmışdır. Sənaye inqilablarının mahiyyəti, fərqli xüsusiyyətləri, platforması və tərkib hissələləri tədqiq edilmişdir. Onun məqsədləri, prinsipləri, əsas hədəfləri göstərilmiş, elmi-texnoloji yenilikləri və əsas “drayver”ləri müəyyənləşdirilmişdir. Regionun innovativ iqtisadi inkişafında sənaye inqilabının əhəmiyyəti göstərilmişdir. Dördüncü sənaye inqilabının gözləntiləri ilə əlaqədar beynəlxalq təcrübə və Azərbaycandakı vəziyyət təhlil olunmuş və müvafiq tövsiyyələr verilimşdir (səh. 52-64).

Açar sözlər:postindustrial cəmiyyət, informasiya iqtisadiyyatı, innovativ strukturlar, texnoloji innovasiyalar, IV sənaye inqilabı, perspektiv sənaye texnologiyaları, süni intellekt, robototexnika, əşyaların İnterneti.