AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
TERMİNOQRAFİK FƏALİYYƏTİN AVTOMATLAŞDIRILMASI PROBLEMLƏRİ VƏ ONLARIN HƏLLİ YOLLARI (azərb.)
Qurbanova Əfruz M.

Məqalədə “leksikoqrafiya” və “terminoqrafiya” anlayışlarına, onların tarixi, nəzəri və praktiki xüsusiyyətlərinə baxılmışdır. Terminoloji lüğətlərin tərtibatının vahid prinsip və metodlarının işlənilməsinin zəruriliyi əsaslandırılmış, bunun üçün vacib şərtlər təsvir edilmişdir. Leksikoqrafiya və terminoqrafiyanın perspektiv istiqamətləri müəyyənləşdirilmiş, onlarda kompüterləşmənin üstünlükləri göstərilmişdir. Leksikoqrafik və  terminoqrafik işlərin avtomatlaşdırılması prosesləri analiz edilmiş, bu istiqamətdə böyük həcmli terminoloji informasiyanın yığılması və sürətli emalına imkan verən terminoloji verilənlər bazasının yaradılmasının zəruriliyi əsaslandırılmışdır. Milli terminoloji informasiya sistemi çərçivəsində yaradılan terminoloji verilənlər bazasının imkanları göstərilmişdir (səh.64-75).

Açar sözlər:leksikoqrafiya, terminoqrafiya, terminoloji lüğət, leksikoqrafik informatika, terminoqrafik informatika, terminoloji verilənlər bankı.