AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
ELEKTRON DÖVLƏT PLATFORMASINDA XİDMƏTLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ MEYARLARI: AZƏRBAYCAN TƏCRÜBƏSİ (azərb.)
Yusifov Fərhad F., Qurbanlı A.E.

Effektli e-xidmətlərin göstərilməsi üçün qiymətləndirmə və səmərəli idarəetmə mexanizmlərinin işlənməsi olduqca vacibdir. Məqalədə e-xidmətlərin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübə araşdırılır. Azərbaycan təcrübəsində dövlət orqanlarında e-xidmətlərin təşkili və göstərilməsi, habelə informasiya sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmənin aparılması “ASAN Xidmət” tərəfindən həyata keçirilir. E-xidmətlərin təşkili və göstərilməsi səviyyəsinin qiymətləndirilməsi müəyyən olunmuş 3 meyar ¾ elektronlaşma və əlaqəlilik səviyyəsi, informasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi, istifadə rahatlığı səviyyəsi nəzərə alınaraq reallaşdırılır. E-xidmətlərin qiymətləndirilməsi xidmət səviyyəsinin artırılmasına, əks əlaqə mexanizmlərinin işlənməsinə imkan verir və hazırda əsas diqqət vətəndaş yönümlü xidmətlərin inkişaf etdirilməsinə yönəlmişdir (səh.76-83).

Açar sözlər:e-xidmətlər, e-hökumət, e-xidmətlərin qiymətləndirilməsi, dövlət xidmətləri, qiymətləndirmə meyarları.