AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
İNFORMASİYA İQTİSADİYYATI SEKTORLARININ FORMALAŞMASININ ELMİ-NƏZƏRİ VƏ METODOLOJİ ƏSASLARININ TƏDQİQİ (azərb.)
Əliyev Əlövsət Q.

Məqalədə informasiya və sənaye iqtisadiyyatının bəzi fərqli kateqoriyaları göstərilmişdir. İnformasiya iqtisadiyyatının formalaşmasına və inkişafına təsiri olan elmi-nəzəri, metodoloji yanaşmalar tədqiq edilmişdir. Ümumi iqtisadiyyatın və iqtisad elminin əsas vəzifələri və təşəkkül mərhələləri şərh edilmişdir. Qlobal və milli-iqtisadi münasibətlər sistemi, onların növləri, səviyyə və xüsusiyyətləri araşdırılmışdır. İqtisadi inkişafı tənzimləyən əsas iqtisadi kateqoriyalar, qanunlar, ümumi xarakterli nəzəriyyələr ətraflı təhlil edilmişdir. İnformasiya iqtisadiyyatının spesifik tədqiqat və yanaşma metodları, riyazi-iqtisadi, ekonometrik tədqiqat üsulları təhlil edilmişdir. İnformasiya iqtisadiyyatının innovativ inkişafını şərtləndirən konsepsiyalar, müasir iqtisadi nəzəriyyələr araşdırılmışdır. Bəzi zəruru metodoloji problemlərin həlli üzrə tövsiyələr verilmişdir (səh.84-96).

Açar sözlər:post-sənaye iqtisadiyyatı, iqtisadi münasibətlər sistemi, innovativ inkişaf, informasiya iqtisadiyyatı, iqtisadi qanunlar, riyazi-iqtisadi metodlar, informasiya nəzəriyyəsi, spesifik iqtisadi qanunlar, ekonometrik qiymətləndirmələr.