AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
“YIRTICI” JURNALLARI XARAKTERİZƏ EDƏN XÜSUSİYYƏTLƏRİN İDENTİFİKASİYASI (azərb.)
Həsənova Rəhilə Ş., Əsgərov Firudin Ş.

Məqalədə beynəlxalq elmi jurnallarda məqalə dərci və bununla bağlı olan problemlər, tədqiqatçının elmi jurnal seçərkən diqqət yetirəcəyi əsas məqamlar, müəlliflərin rastlaşdığı “tələ”lər araşdırılır. Son illər kibercinayətkarlar tərəfindən bir alət kimi istifadə olunan “yırtıcı” və “oğurlanmış” jurnallar haqqında məlumatlar, nümunələr və onları aşkar etmə üsulları təklif olunur. Burada həmçinin tədqiqatçının həssas fərdi məlumatlarının oğurlanması kimi faktlar da öz əksini tapır. Cinayətkarlar tərəfindən hansı jurnalların hədəf olaraq seçilməsi ehtimalları şərh edilərək, “yırtıcı” jurnal və nəşriyyatların tələsinə düşməmək üçün diqqət edilməli məqamlar göstərilir. Müvafiq sistemin işlənilməsinin aktuallığı əsaslandırılır və bu istiqamətdə təkliflər verilir (səh.97-106)

Açar sözlər:impakt faktor, beynəlxalq akademik baza, yırtıcı jurnal, yırtıcı nəşriyyat, oğurlanmış jurnal, lazımsız jurnal, saxta jurnal, yırtıcı jurnalların “tələsi”.