AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
İNSAN RESURSLARININ İDARƏ OLUNMASI SİSTEMLƏRİNDƏ FƏRDİ MƏLUMATLARIN QORUNMASI (azərb.)
Cəbrayılova Zərifə Q.

Məqalədə insan resurslarının idarə olunması (İRİO) sistemlərinin mahiyyəti, əhəmiyyəti qeyd olunur və bu sistemlərdə işçilər haqqında saxlanılan məlumatın xarakteri verilir. Qeyd olunur ki, bu sistemlər İRİO məsələlərinin həllində nə qədər əhəmiyyətlidirsə, işçilərin fərdi məlumatlarının yayılmasında bir o qədər təhlükələr yaradır, “əmək fəaliyyəti ilə şəxsi həyat arasında uçurumu dərinləşdirir”. Belə sistemlərdə işçinin fərdi məlumatlarının qorunması və təhlükəsizliyinin tənzimlənməsi məsələləri qabaqcıl ölkələrin normativ-hüquqi sənədlərinə istinad etməklə analiz olunur. Beynəlxalq təcrübəyə istinadən Azərbaycanda da hər bir təşkilatın hüquqi-normativ aktı kimi işçilərin fərdi məlumatlarının qorunması haqqında əsasnamənin işlənilməsinin zəruriliyi əsaslandırılır. (səh. 26-34)

Açar sözlər: insan resurslarının idarə olunması sistemləri, işçinin fərdi məlumatları, fərdi məlumatların qorunması, işçinin fərdi məlumatlarının qorunması haqqında əsasnamə.