AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
ELEKTRON SƏNƏD DÖVRİYYƏSİ SİSTEMLƏRİNİN TƏHLÜKƏSİZLİYİNİN BƏZİ ASPEKTLƏRİ (azərb.)
Hacırəhimova Məkrufə Ş.

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) ən geniş tətbiq sahələrindən biri kargüzarlıqdır. Belə ki, keçən əsrin 90-cı illərindən başlayaraq, informasiya texnologiyalarının (İT) tətbiqi ilə kargüzarlıq fəaliyyətininin elektron formada aparılmasına imkan verən elektron sənədlərin idarə edilməsi üzrə kompüter sistemləri tətbiq olunmağa başlanmışdır. Məqalə hazırda idarəetmə məsələlərinin həllində zəruri bir amilə çevrilmiş bu sistemlərin təhlükəsizlik məsələlərinə həsr olunur. Elektron sənəd dövriyyəsi sistemlərinin təhlükəsizliyini şərtləndirən əsas amillər şərh edilir, təhlükələrin təsnifatına baxılır, əsas təhlükəsizlik aspektləri araşdırılır. Həmçinin bu sistemlərdə təhlükəsizliyin təmin edilməsi üçün istifadə edilən texnologiyalar analiz olunur. (səh. 50-58)

Açar sözlər: elektron sənəd, elektron sənəd dövriyyəsi sistemi, identifikasiya, autentifikasiya, elektron rəqəm imzası.