AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
İNNOVATIV TEXNOPARKLARIN YARADILMASI, FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ İDARƏ OLUNMASI ÜZRƏ BEYNƏLXALQ TƏCRÜBƏNİN TƏHLİLİ (azərb.)
Əliyev Əlövsət Q., Şahverdiyeva Roza O.

Məqalədə müasir iqtisadiyyatın formalaşmasında mühüm əhəmiyyəti olan innovativ texnoparkların çoxprofilli fəaliyyətlərinə baxılmışdır. Texnoparkların qabaqcıl ölkələrdəki təcrübəsi müqayisələr əsasında ümimiləşdirilmişdir. İnkişaf etmiş ölkələrdə fəaliyyət göstərən elmi və texnoloji parkların müxtəlif mənbələr üzrə say tərkibinin strukturu araşdırılmışdır. Texnoparkların fəaliyyətini əlaqələndirən və tənzimləyən beynəlxalq  və regional qurumların fəaliyyəti təhlil olunmuşdur. Texnoparkların aktiv fəaliyyətini və inkişafını stimullaşdıran strukturların fəaliyyəti izah olunmuşdur. Texnoparkların idarəçiliyində əsas amil kimi ərazi seçimi problemləri, onların fəaliyyət istiqamətləri üzrə ixtisaslaşması və mülkiyyət münasibətləri təhlil edilmişdir. Bütün texnoparklar üçün səciyyəvi hesab olunan idarə etmə parametrləri üzrə müvafiq ümumiləşdirilmiş təhlillər aparılmış və bir sıra tövsiyyələr verilmişdir. (səh. 59-70)

Açar sözlər: innovativ texnopark, xüsisi iqtisadi zona, sənaye klasterləri, elmi-texnoloji park, universitet texnoparkı, biznes-inkubator, texnopolis.