AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
SOSİAL MEDİA VƏ TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİ (azərb.)
İmamverdiyev Yadigar N.

Sosial media təkcə rahat ünsiyyət və fayl paylaşımı platforması deyil, həm də ictimai-siyasi təsir və idarəetmə aləti, qarşıdurma və informasiya müharibəsi meydanıdır. Sosial media onu istifadə edənlərin məqsədlərindən asılı olaraq milli təhlükəsizliyə bir sıra təhdidlər də yarada bilər. Məqalədə sosial medianın milli təhlükəsizliyə təhdid törədə biləcək bir sıra risk ssenariləri təsvir edilir, sosial mediada saxta aktorların – botların yaradılması və idarə edilməsi texnologiyaları və bu sahədə bəzi ölkələrin təcrübəsi analiz olunur. Sosial medianın monitorinqi və analizi üçün mövcud onlayn servislər barəsində məlumat verilir. (səh. 19-25)

Açar sözlər: sosial media, milli təhlükəsizlik, sosial media monitorinqi, sosial media analitikası, informasiya təsiri, informasiya müharibəsi.