AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN "BİG DATA" İLƏ BAĞLI TƏŞƏBBÜSLƏRİ (azərb.)
Hacırəhimova Məkrufə Ş., Əliyeva Aybəniz S.

Elm, səhiyyə, sənaye, biznes və s. kimi sahələrdə strateji resurs kimi dəyərləndirilən böyük verilənlər (ing. big data) getdikcə dövlət orqanlarının da diqqətini cəlb etməkdədir. Bir sıra dövlətlər hazırda qərar qəbuletmə proseslərinin, təşkilatların fəaliyyətinin səmərəliliyinin artırılması, yeni xidmətlərin yaradılması, yeni ideyaların əldə edilməsi və s. imkan verən böyük həcmli verilənlərdən faydalanmağa istiqamətlənmişdir. Bir sıra ölkələrdə “big data” texnologiyalarının tətbiqinə və bu sahədəki problemlərin həllinə dövlət səviyyəsində hərtərəfli dəstək verilməkdədir. Bu işdə bəzi inkişaf etmiş ölkələrin “big data” təşəbbüsləri tədqiq olunur. İlk növbədə, beynəlxalq təşkilatların “big data”ya baxışları diqqətə çatdırılır. Böyük Britaniya, Fransa, ABŞ, Avstraliya, Cin, Koreya və s. kimi dövlətlərin “big data” strategiyaları araşdırılır. Azərbaycanda “big data” texnologiyaları ilə bağlı dövlət siyasətinin formalaşdırılmasına dair təklif və tövsiyələr irəli sürülür (səh.12-23).

Açar sözlər: "big data", "big data" texnologiyaları, "big data" analitikası, "big data" strategiyası, verilənlər alimi.