AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
ELEKTRON TİBBİN MAHİYYƏTİ, İMKANLARI VƏ ELMİ PROBLEMLƏRİ (azərb.)
Əliquliyev Rasim M., Məmmədova Məsumə H.

Məqalədə elekrton tibbin meydana gəlməsi zərurətini şərtləndirən faktorlar və tendensiyalar araşdırılır. E-tibbin məqsədi, mahiyyəti və imkanları göstərilir. E-tibb sahəsində beynəlxalq təcrübə və onun Azərbaycanda formalaşması ilə bağlı vəziyyət nəzərdən keçirilir. Səhiyyənin informasiyalaşdırılmasının elmi əsaslarının zəif işlənilməsi qeyd olunur, elmi dəstək tələb edən problemlərin həlli yolu ilə e-tibbin təkmilləşdirilməsi istiqamətləri müəyyən edilir. Azərbaycanda e-tibbin inkişafına dair təkliflər irəli sürülür (səh.3-19).

Açar sözlər: e-səhiyyə, e-tibb, fərdyönümlü yanaşma, elektron tibb kartı, e-tibbin elmi problemləri.