AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
SAĞLAMLIQ İMKANLARI MƏHDUD ŞƏXSLƏRİN CƏMİYYƏTƏ İNTEQRASİYASINDA SOSİAL MEDİANIN ROLU (azərb.)
Məmmədova Məsumə H., Əhmədov Sənan M.

Məqalədə sağlamlıq imkanları məhdud şəxslərin müasir cəmiyyətə inteqrasiyasında sosial medianın imkanları araşdırılır. Əlillərin sosial media vasitəsi ilə ödənilə bilən tələbatları tədqiq olunur. Sağlamlıq imkanları məhdud şəxsləri dəstəkləyən sosial media texnologiyaları, cihazları və proqram təminatları təhlil edilir. Fiziki məhdudiyyətli şəxslərin sosial mediadan istifadə edərkən qarşılaşdıqları problemlər göstərilir və onların aradan qaldırılması ilə bağlı təkliflər verilir (səh.54-63). 

Açar sözlər: sağlamlıq imkanları məhdud şəxslər, sosial media, assistiv texnologiyalar, sosial şəbəkələr, əlilləri dəstəkləyən İT-tətbiqlər.