AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
E-SƏHİYYƏ SAHƏSİNDƏ BEYNƏLXALQ ÇAĞIRIŞLARIN VƏ XARİCİ ÖLKƏLƏRIN TƏCRÜBƏSİNİN ANALİZİ (azərb.)
Hacırəhimova Məkrufə Ş., Əliyeva Aybəniz S.

Müasir informasiya-kommunikasiya texnologiyaları tibb üçün yeni imkanlar yaradır. Onun səhiyyə sferasına tətbiqi diaqanostika və müalicə üsullarını, həkimlərin bir-biri ilə və pasiyentlərlə qarşılıqlı əlaqə, müalicənin təşkili və sağlamlığın bərpası formalarını sürətlə dəyişdirir. Elektron tibbi müəssisələrin və xidmətlərin yaradılmasında daha dəqiq rəhbər prinsiplərə olan tələbat bu sahədə milli strategiyaların, konsepsiyaların işlənməsini zəruri etmişdir. Məqalədə beynəlxalq qurumların və bəzi inkişaf etmiş ölkələrin elektron tibb sahəsindəki strategiyaları, konsepsiyaları tədqiq olunur. Azərbaycanda səhiyyənin informasiyalaşdırılmasında mövcud vəziyyət təhlil olunur və bəzi tövsiyələr irəli sürülür (səh.84-95). 

Açar sözlər: e-tibb, elektron sağlamlıq kartları, tibbi informasiya sistemləri, e-resept, big data.