AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
İNFORMASİYA SAHƏSİNDƏ BEYNƏLXALQ VƏ MİLLİ HÜQUQİ TƏNZİMLƏNMƏNİN MÜQAYİSƏLİ TƏHLİLİ (azərb.)
Əliyev Əmir H., Rzayeva Gülnaz A.

Məqalə Azərbaycan Respublikasında informasiya qanunvericiliyinin inkişaf problemlərinə həsr olunmuşdur. Bununla bağlı beynəlxalq normalar, kompleks qanunlar və qanun qüvvəli aktlar təhlil edilmiş və müəlliflər belə bir nəticəyə gəlmişlər ki, informasiya hüquq normalarında bəzi kolliziyalar mövcuddur. Məqalədə bu kolliziyalar ətraflı araşdırılmış, milli normaların beynəlxalq normalara uyğunlaşdırılmasının davam etdirilməsi və vahid informasiya məcəlləsinin qəbul edilməsi barədə təkliflər irəli sürülmüşdür (səh.48-56). 

Açar sözlər: informasiya qanunvericiliyi, beynəlxalq normalar, informasiya azadlığı, fikir və söz azadlığı, qanun qüvvəli aktlar, sistemləşdirilmə, informasiya məcəlləsi.