AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
TEXNOPARKLARDA İNNOVATİV MƏHSUL İSTEHSALI PROSESLƏRİNİN MODELLƏŞDİRİLMƏSİNİN ÜMUMİ ƏSASLARI (azərb.)
Əliyev Əlövsət Q., Şahverdiyeva Roza O.

Məqalə texnoparklarda innovativ məhsul istehsalı proseslərinin modelləşdirilməsinin ümumi əsaslarına həsr olunmuşdur. Texnoparkların fəaliyyətində iqtisadi-riyazi modellər və metodların  tətbiqinin zəruriliyi əsaslandırılmışdır. Texnoparkların effektiv idarə olunması, oların fəaliyyətinin qiymətləndirilməsi üzrə göstəricilər və kriteriyalar sistemi işlənilmişdir. Həmin sistem əsasında texnoparkın informasiya modeli təklif edilmişdir. Texnoparkların ümumi idarə olunmasının riyazi modeli təklif olunmuşdur. İnnovativ məhsul istehsalının ekonometrik modeli işlənilmişdir. Kompozit indikatorlar sistemi  və kompozit indeks əsasında texnoparkın kompleks fəaliyyətinin müqayisəli qiymətləndirilməsi metodikası təklif olunmuşdur (səh.69-77). 

Açar sözlər: innovativ iqtisadiyyat, texnopark, elm və texnologiya parkı, kompozit indikatorlar sistemi, iqtisadi-riyazi model, ekonometrik model.