AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
TƏDRİSYÖNÜMLÜ OYUNLARDAN, İNTELLEKTUAL TESTLƏRDƏN İSTİFADƏ ETMƏKLƏ İNFORMATİKA FƏNNİNİN TƏDRİSİNDƏ OLAN BƏZİ PROBLEMLƏRİN HƏLLİ YOLLARI (azərb.)
Qurbanova Əfruz M., İsmayılova Bahar İ.

Məqalədə informatika fənninin tədrisi zamanı qarşıya çıxan problemlərə baxılır. Tədris prosesində şagirdlərin fəallığı, təlimin keyfiyyəti və biliyin mənimsənilməsi səviyyəsinin artırılması, eləcə də, biliyin qiymətləndirilməsində tədrisyönümlü oyunlar, intellektual testlər və krossvordların əhəmiyyəti göstərilir. Fərdlərin ayrı-ayrı bilik sahələri üzrə intellekt səviyyəsinin qiymətləndirilməsi mexanizmi kimi müxtəlif elektron terminoloji testlər, krossvordlar və kompüter oyunlarının hazırlanmasının zəruriliyi əsaslandırılır. Bu istiqamətdə xarici ölkələrin təhsil sistemlərində istifadə olunan qeyri-standart üsullar analiz edilir, problemin həlli ilə bağlı bir sıra təkliflər irəli sürülür (səh.89-98). 

Açar sözlər: təhsilin keyfiyyəti, biliyin qiymətləndirilməsi, motivasiya, tədrisyönümlü oyunlar, kompüter oyunları, terminoloji testlər, krossvordlar.