AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
AzScienceNet ELM KOMPYUTER ŞƏBƏKƏSİ ÜÇÜN CERT-KOMANDASININ YARADILMASI (rus.)
İmamverdiyev Yadigar N.

İnsidentlərin cavablandırılması informasiya təhlükəsizliyinin idarə edilməsinin vacib aspektlərindən biridir. Bu işdə AzScienceNet elm kompyuter şəbəkəsi üçün AZ-CERT komandasının yaradılması metodologiyası təsvir edilir. İnsidentlərin idarə edilməsi sahəsində normativ və elmi-metodiki sənədlərin icmalı verilir, AZ-CERT komandası üçün təşkilati strukturun və xidmətlərin seçilməsi əsaslandırılır, CERT-komandanın mərhələli yaradılması modeli təklif edilir. AzScienceNet şəbəkəsində insidentləri cavablandırmanın ümumi prosesinin və AZ-CERT-in texniki infrastrukturunun təsviri də verilir. (səh. 15-26)

Açar sözlər:informasiya təhlükəsizliyi, informasiya təhlükəsizliyi insidenti, insidenti cavablandırma, insidentləri operativ cavablandırma komandası.