AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
MALİYYƏ TƏŞKİLATLARINDA MÜŞTƏRİLƏRLƏ MÜNASİBƏTLƏRİN İDARƏ OLUNMASI SİSTEMLƏRİNİN TƏTBİQİNİN BƏZİ XÜSUSİYYƏTLƏRİ (ing.)
Əliyev Əlövsət Q., Soltanmoradi Əbuzər T.

Məqalə müştərilərlə münasibətlərin idarə olunması sistemlərinin (CRM-sistemləri) tətbiqi ilə bağlı problemlərin təhlilinə həsr olunmuşdur. Problemin aktuallığı əsaslandırılmış və tədqiqatın məqsədi şərh olunmuşdur. CRM-sisteminin mahiyyəti şərh olunmuş və texnologiyalarının tətbiqi üzrə motivasiya faktorları araşdırılmışdır. CRM həlləri, CRM-in xüsusiyyətləri və üstünlükləri təhlil olunmuş, maliyyə təşkilatlarında, o cümlədən bank sistemlərində CRM üzrə tətbiqi proqramların xüsusiyyətləri göstərilmişdir. CRM-in səmərəli tətbiqi üzrə bəzi tövsiyyələr verilmişdir. (səh. 39-46)

Açar sözlər: Müştərilərlə münasibətin idarə olunması, E-kommersiya, E-bankinq, E-marketinq, bank işi, maliyyə sistemi, biznes-informasiya, CRM-strategiya, CRM-həllər.