AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
az en ru
AZƏRBAYCANIN ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA DAXİL OLMASI ŞƏRTLƏRİ ÇƏRÇİVƏSİNDƏ ELEKTRON KOMMERSİYA SİSTEMLƏRİNİN TƏTBİQİ VƏ İNKİŞAFI PROBLEMLƏRİNİN TƏHLİLİ (azərb.)
Əliyev Ə.Q.

Məqalədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük məramının əsas məqsədləri və gözlənilən perspektivləri təhlil olunmuşdur. Ölkədə informasiya iqtisadiyyatının formalaşmasında elektron-kommersiya (e-kommersiya) sistemlərinin əhəmiyyəti və perspektivləri şərh edilmişdir. ÜTT-yə daxil olmaqla bağlı e-kommersiyada yarana biləcək problemlər tədqiq edilmiş, ölkənin bu məsələ ilə əlaqədar mövqeyinin müəyyənləşdirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi üçün müvafiq təkliflər və tövsiyələr irəli sürülmüşdür. (səh. 81-90)

Açar sözlər: Ümumdünya Ticarət Təşkilatı, informasiya iqtisadiyyatı, beynəlxalq ticarət, e-kommersiya modelləri, ticarətin tənzimlənməsi, intellektual mülkiyyət.