AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MÜƏLLİFLƏR ÜÇÜN

Dərc olunacaq məqalə redaksiyaya həm kağız, həm də elektron formada təqdim olunmalıdır.

Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:

  1. Məqalə Azərbaycan, rus və ingilis dillərindən birində hazırlanmalı, məqalənin adı, xülasə və açar sözlər hər üç dildə təqdim olunmalıdır.
  2. Məqalə Microsoft Word mətn redaktorunda A4 formatında (soldan, yuxarıdan, aşağıdan - 1,7 sm. və sağdan - 2,2 sm.), Palatino Linotype şrifti ilə 10 pt. ölçüdə, vahid sətirarası intervalla və mətn daxili yazıda 0,5 sm. abzas buraxmaqla hazırlanmalıdır.
  3. Məqalənin mətninin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə olunur:
  • Giriş (məsələnin aktuallığı, problemin hazırkı vəziyyəti)
  • Tədqiqatın məqsədi, məsələnin qoyuluşu
  • Məsələnin həll üsulları və aprobasiyası
  • Alınan nəticələrin tətbiqi
  • Nəticə
  1. Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: məqalənin adı - ortadan, birinc hərf böyük, qalın şriftlə, şriftin ölçüsü 16 pt, sonda 12 pt. interval; müəlliflərin soyadı və inisialları - ortadan, kursiv və qalın şriftlə, şriftin ölçüsü 12 pt.; müəlliflərin iş yeri, ünvanı, şəhər və poçt indeksi, ölkə - ortadan, şriftin ölçüsü 8 pt, sonda 6 pt. interval; e-maillər – ortadan, şriftin ölçüsü 8 pt., sonda 6 pt. interval; xülasə (hər üç dildə) və açar sözlər – alt-alta cədvəldə verilməlidir; giriş və digər başlıqlar - soldan, qalın şriftlə, şriftin ölçüsü 12 pt, əvvəlində və sonunda 12 pt. intervalla 2 sütunda verilməlidir; Alt başlıqlar – soldan, kursiv və qalın şriftlə, şriftin ölçüsü 9 pt., əvvəlində və sonunda 10 pt. intervalla verilməlidir. Məqalə 6 səhifədən az və 12 səhifədən artıq olmamalıdır. Məqalədə sətirlərarası interval 1, xülasəsində sözlərin sayı 150-200 arasında olmalıdır. 
  2. Ədəbiyyat siyahısı: istinadların APA style uyğun olaraq hazırlanır.
  3. Ədəbiyyat siyahısından sonra müəlliflərin və təşkilatların adı digər 2 dildə də təqdim edilir və müəlliflərin Orcid ID-si əlavə olunur.
  4. Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl - cədvəlin yuxarısında, ortadan (məs., Cədvəl 1.), qalın şriftlə, əvvəlində 12 pt., sonunda 6 pt. intervalla, şəkil - şəklin altında, soldan (məs., Şək. 1.), qalın şriftlə, əvvəlində 6 pt., sonunda 12 pt. intervalla verilməlidir.
  5. Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılır. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düsturun nömrəsi sağda mötərizədə yazılır.
  6. Redaksiyaya məqalə göndərildikdə müəlliflər haqqında məlumat: soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi rütbəsi, iş yeri, vəzifəsi, telefon nömrəsi, e-mail ünvanı da təqdim olunmalıdır.
  7. Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.
  8. Redaksiyaya daxil olan məqalələr rəyə təqdim olunur və müsbət rəy almış məqalələr çapa tövsiyə olunur.
  9. Müəlliflərin müəlliflik hüququ qorunur və elmi işin ilk nəşri üçün Jurnala hüquq verirlər, eyni zamanda Creative Commons Attribution Lisenziyasına əsasən, digərlərinə isə əsərin müəllifini və təqdim olunan Jurnalda ilk nəşrini göstərməklə işi tanıtmağa imkan verir.
  10. Jurnalda məqalələrin nəşri pulsuzdur.

Redaksiyanın ünvanı: Az1141, Bakı şəh., B. Vahabzadə küç., 9A, AMEA İnformasiya Texnologiyaları İnstitutu, «İnformasiya Cəmiyyəti problemləri» jurnalının redaksiyası.

E-poçt ünvanı:  shafagat_57@mail.rushafagat@gmail.comjournalitpicp@gmail.comi, icp@iit.science.az

Nümunə