AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
İNTERNETDƏ AZƏRBAYCAN ƏLİFBASI İLƏ DOMEN ADLARININ TƏRTİBATINDAKI BƏZİ PROBLEMLƏR
Qasımova Rəna T., Cəfərov Yedgar M.

Məqalədə İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı mövcud vəziyyət və problemlər analiz edilir. Bu məqsədlə yüksək səviyyəli beynəlmiləlləşdirilmiş domen adlarının (IDN) qeydiyyatı prosesi araşdırılır. Eyni zamanda IDN sahəsində mövcud olan problemlərin milli domen adlarının qeydiyyatı və tərtibatı prosesinə yaratdığı çətinliklər təhlil olunur. Azərbaycanın milli əlifbası ilə domen adlarının tərtibi üçün Azərbaycan dilində olan milli domen adlarından istifadə sisteminin hazırlanması, texniki məsələlərin həlli, domen adlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, standart transliterasiya konvertorunun yaradılması müəyyən edilir. Həmçinin Azərbaycanın istifadə etdiyi əlifbanın dilin daxili qanunlarına, domen adlarının tərtibatı və yazılmasında qeydiyyat üçün nəzərdə tutulmuş beynəlxalq qaydalara və normalara uyğunluğu ilə bağlı problemlər analiz edilir. Bu problemlərin aradan qaldırılması üçün bəzi təklif və tövsiyələr verilir. Azərbaycanda və digər türkdilli ölkələrdə milli əlifba ilə domen adlarının tərtibatı üçün bu təklif və tövsiyələrdən istifadə etmək olar. İcmal xarakteri daşıyan məqalədə, əsasən, təsviri metoddan istifadə edilir (səh.64-74).

Açar sözlər:domen adları, yüksək səviyyəli domenlər; ICANN, IDN, DNS, Əşyaların İnterneti.
DOI : 10.25045/jpis.v11.i1.05
Ədəbiyyat
  • Qasımova R.T. İnternetdə domen problemləri və onların həlli yolları, Bakı, “İnformasiya texnologiyaları” nəşriyyatı, 2012, 164 s.
  • Gasimova R.Т. On intellectual analysis of domain name registration data // Информационные технологии и компьютерная инженерия, Украина, 2010, №3 (19), 57–61.
  • The world’s scripts and alphabets, http://www.worldstandards.eu/other/alphabets
  • Fətəliyev T.X., Hacırəhimova M.Ş. Elektron elm: beynəlxalq qurumlar, təşəbbüslər və hüquqi baza, Ekspress-informasiya, “İnformasiya Texnologiyaları” nəşriyyatı, Bakı, 2010, 92 s.
  • Əliquliyev R.M., Mahmudov R.Ş. Əşyalarin İnterneti: mahiyyəti, imkanları və problemləri // İnformasiya cəmiyyəti problemləri, 2011, №2 (4), s. 29–40.
  • Alkan M., Canbay C. İnternet alan adlari yönetimi, mevcut sorunlar ve çözüm önerileri, http://www.btk.gov.tr
  • Dürst M.J. Internet Draft: Internationalization of Domain Names, 1996, 12 p.
  • IDN: Многоязычные имена доменов, https://www.icann.org
  • Qasımova R.T. İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtib olunması məsələsi haqqında / “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı, Baki, 14 dekabr 2018-ci il, s. 101–104.
  • Серго А.Г. Доменные имена, М., “Бестселлер”, 2006, 368 с.
  • Davis B.G. The New Thing, Uniform Domain-Name Dispute-Resolution Policy of the Internet Corporation for Assigned Names and Numbers // The Journal of World Intellectual Property, vol. 3, no. 4, July 2000, p. 525–554.
  • Ələkbərov R.Q., Rəşidov M.Ə., Mustafayev T.İ., Yaqubov M.M. Yüksək səviyyəli beynəlmiləlləşdirilmiş domen adları, onların qeydiyyatı və problemləri // İnformasiya cəmiyyəti problemləri, 2017, №1, s. 51-60.
  • В домене .рус заработала кириллическая электронная почта, 2016, http://www.cctld.ru/ru/press_center/digest/detail.php?ID=11038
  • Manoj Ahuja. Rajasthan becomes first in country to offer e-mail IDs in Hindi,
    Hindustan Times, 2017, http://www.hindustantimes.com
  • International email, http://www.wikiwand.com/en/International_email
  • Qasımova R.T. İnternetdə qlobal domen infrastrukturunun təhlükəsizliyi // İnformasiya Texnologiyaları Problemləri, 2015, №2, s. 61–67.
  • Qasımova R.T. Milli domen adlarının intellektual monitorinqi sisteminin yaradılması məsələləri // İnformasiya Texnologiyaları Problemləri, 2015, №1, s. 62–69.