AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
SÜNİ İNTELLEKT TEXNOLOGİYALARINA ƏSASLANAN JURNALİSTİKA: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR
Zalova Sünbül M.

İnternetin mediaya inteqrasiya olunması bir neçə yeni jurnalistika növlərinin yaranmasına şərait yaratdı. Nümunə olaraq “Robot Jurnalistikası”, “Dron Jurnalistikası”, “Data Science Jurnaslitikası” və s. göstərmək olar. Xəbər materiallarının formalaşdırılması, auditoriya üçün daha cəlbedici olması və cəmiyyətdə bu materialların sürətlə yayımlanması üsullarının müxtəlifliyi ilk növbədə müasir informasiya texnologiyalarının inkişafından asılıdır. Ənənəvi jurnalistika ilə yanaşı müasir informasiya texnologiyalarına əsaslanan jurnalistikanın genişlənməsi, “data mining, “böyük verilənlər” və “süni intellektin” jurnalistikada tətbiqi bu sahədə yeni imkanların əldə olunmasına şərait yaratdı. Lakin süni intellekt jurnalistikası müasir dövrün tələblərinə cavab verərək jurnalistlərin təhlükəsizliyi, informasiyanın sürətli toplanması və yayılması məsələlərini müvəffəqiyyətlə həll etsə də, onun da çatışmayan cəhətləri vardır. Süni intellekt jurnalistikası tərəfindən ötürülən xəbərin emosional tonlardan uzaq olması, həmçinin, xəbərlərin dinamik dəyişməsi və həddən artıq böyük olması, gələcəkdə oxucuların bu xəbərlərə qarşı münasibətində dəyişikliklərin yaranacağından  xəbər verir. Tədqiqatda məqsəd yarım əsrlik tarixi olan internetin bir çox sahələrdə olduğu kimi mediaya da təsirini araşdırmaq, bu istiqamətdə mövcud problemləri göstərməkdir. Bu məqsədlə süni intellektin müasir jurnalistikaya təsiri araşdırılmış, onun yaratdığı imkanlar və problemlər müəyyənləşdirilmişdir. Süni intellektə əsaslanan jurnalistikanın ənənəvi jurnalistikadan üstünlükləri göstərilmişdir. Tədqiqatda emprik və müqayisəli analiz metodlarından istifadə olunmuşdur (səh.119-127).

Açar sözlər:süni intellekt, dron jurnalistikası, robot jurnalistikası, sosial media, informasiya təhlükəsizliyi.
DOI : 10.25045/jpis.v11.i1.10
Ədəbiyyat
  • Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının qanunu,  http://www.e-qanun.az/
  • Lilly C. Drone journalism begins slow take off, https://www.rcfp.org/
  • Lokot T. Diakopoulos N. Automating news and information dissemination on Twitter // Digital Journalism, 2016,vol 4, Issue 6, pp. 682–699.
  • Brandao R.F. Challenging Data-Driven Journalism // Journalism Practice, 2019, vol 13, Issue 8 pp. 927–930.
  • Matteo M. Automated Journalism and Freedom of Information: Ethical and Juridical Problems Related to AI in the Press Field // OPINIO Jurisin Comparationestudies In Comparative And National Law , 2018, vol. 1, n. 1 pp –17
  • Budak E. The Effects of Technological Developments on Journalism Practices: Drone Journalism in Turkey//Turkish Review Of Communication Studies , 2019, vol. 33, pp 119–139.
  • Culver K.B. From Battlefield to Newsroom: Ethical Implications of Drone Technology in Journalism // Mass Media Ethics, 2014, vol. 29, Issue 1, pp. 52 – 64
  • Paredes-Otero G. The journalism that flies. Drones, 3D, smartphones and robots, emerging technologies for the journalistic profession // Revista Mediterranea Comunicacion-Communication Magazine, 2018, vol. 9, Issue 2, pp. 339–340.
  • Əliquliyev R.M., Abdullayeva S. İnternet-media resurslarının qiymətləndirilməsində veb-statistika mexanizmlərinin rolu / “İnformasiya təhlükəsizliyinin aktual problemləri” III respublika elmi-praktiki seminarı, 2017, s 67 – 69
  • O.O., Chertovskikh. M. Artificial Intelligence In Modern Journalism: History, Facts, Prospects For Development // Theoretical And Practical Issues Of Journalism, 2019, Vol. 8, Issue 3, pp. 555–568.
  • Nick B.Eliezer Y. Cambridge Handbook of Artificial Intelligence, 2014, https://www.cambridge.org
  • Russell S.J, Norvig P. The Ethics and Risks of Developing Artificial Intelligence, 2003, Artificial Intelligence: A Modern Approach, 230 p.
  • https://www.dartdrones.com/
  • FederalAviationAdministrationUSA,EducationalUsers, https://www.faa.gov/uas/educational_users/
  • Caswell D. Dorr K. Automating Complex News Stories by Capturing News Events as Data // Journalism Practice, 2019, vol.13, Issue 8, pp. 951– 955.
  • Drones In The Newsroom, 2017, https://ethics.journalism.wisc.edu
  • Stray J. Making Artificial Intelligence Work for Investigative Journalism // Digital Journalism, 2019 vol. 7, Issue 7, pp. 1–23.
  • Matt W., In 60 days, drone journalism will be legally possible in any U.S. newsroom, 2016 https://www.niemanlab.org
  • Berrin K. Geçmişten Geleceğe İnternet Gazeteciliği // Social Science, 2016, vol. 42 , pp. 75–94.
  • Kim D. Kim S. Newspaper companies' determinants in adopting robot journalism // Technological Forecasting And Social Change, 2016, vol. 117, pp. 184–195.
  • Salazar, I. Robots and Artificial Intelligence. New challenges of journalism. // Doxa Comunicación, 2018, vol. 27, pp. 295–315.
  • The rewards risks and realities of “machine journalism”,2019, http://www.nickdiakopoulos.com
  • Chamberlain Ph. Drones and Journalism: How the media is making use of unmanned aerial vehicles. Roufledge, 2017,124 p
  • Galily Y. Artificial_intelligence_and_sports_journalism // Technology in Society, 2018, vol.54, pp 47–51.
  • Miroshnichenko A. “AI to Bypass Creativity. Will Robots Replace Journalists?”, 2018, http://academia.edu
  • Algorithms for journalism: The future of news work,2017, https://www.helda.helsinki.fi
  • Zamkov A.V. News media robot: theoretical aspects of intellectual system for content generation // Theoretical and practical issues of journalism, 2019, vol: 8, issue 2, pp. 260–273
  • Clerwall C. Enter the Robot Journalist: Users perceptions of automated content // Journalism Practice,2014, vol. 8, issue 5, pp.519–531.