Hazırda kitabxana-informasiya mühitində kitabxanaçıların və oxucuların tələblərinə cavab verən Kitabxana İdarəetmə Sisteminin (KİS) seçilməsi ən vacib məsələlərdən biridir. Məqalədə elektron kitabxanalarda istifadə olunan beynəlxalq KİS-lərin təhlili verilir. Bundan əlavə KİS-lər tətbiq olunduqları sahələr üzrə də qiymətləndirilir. Müxtəlif ölkələrin istehsalı olan Alephino, Destiny, Millenium, IRBIS-64, Virtua, Alexandria, ResourceMate, Mandarin və s. KİS-lərinin imkanları analiz edilmiş, üstün və çatışmayan cəhətləri araşdırılmışdır. Buraya həmçinin Azərbaycanda fəaliyyət göstərən elektron kitabxanalarda tətbiq olunan KİS-lər də daxildir. Tədqiqat zamanı KİS-lərdə tətbiq olunan MARC-21 standartı və SIP2, Z39.50 protokolları, onların imkanları da analiz edilmişdir. Kitabxana işinin yüksək səviyyədə təşkili və KİS-lərin təkmilləşdirilməsi üçün müvafiq təkliflər irəli sürülür. Məqalədə sistemli yanaşma, sistemli analiz metodlarından istifadə olunaraq KİS-lərin vəziyyəti və mövcud problemləri araşdırılmışdır. Məqalə bu və ya digər KİS-i elektron kitabxanasında tətbiq etmək istəyən istənilən elmi müəssisə və ya təşkilat tərəfindən istifadə oluna bilər (səh.128-133).
- Əsgərov F.Ş. E-kitabxanalarda tətbiq olunan proqram vasitələrinin analizi: üstünlükləri və çatışmazlıqları / Proqram mühəndisliyinin aktual elmi-praktiki problemləri I respublika konfransının materialları, Bakı, 17 may 2017-ci il, səh. 213-214.
- Əsgərov F.Ş., Həsənova R.Ş. Elektron kitabxanalarda fərdi məlumatların təhlükəsizlik məsələləri / “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi praktiki problemləri” V respublika konfransı, 29 noyabr 2019-cu il, səh. 150-152.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı, 15 yanvar 2019-cu il, http://president.az/articles/31532
- Library Automation Software, http://capterra.com/library-automation-software/
- Alephino 4.0., ex-lh.hu/site/index.php/en/alephino-4-eng
- Alexandria Library Software, http://goalexandria.com/
- Library Management System, http://follettlearning.com/technology/products/ library-management-system
- Mustafayeva S.M. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında elektron kataloqun təşkili və inkişaf perspektivləri // Kitabxanaşünaslıq və Biblioqrafiya, 2012, № 1, s. 44-54.
- Продукты семейства ИРБИС,
http://elnit.org/index.php?option=com_content&view=article&id=35&It emid=108 - ResourceMATE. You Library Automation Solution, http://www.resourcemate.com
- Web-based, accessible and customized software for your library, http://www.mlasolutions.com/products/m5