AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
ELMİ NƏTİCƏLƏRİN KOMMERSİYALAŞDIRILMASI PROSESLƏRİNİN İDARƏ OLUNMASI PROBLEMLƏRİ
Əliyev Əlövsət Q.

Məqalədə elmi tədqiqat fəaliyyətinin nəticələrinin yeni texnologiyalara çevrilməsinin aktuallığı əsaslandırılmışdır. Elmin iqtisadiyyatla inteqrasiyasının dərinləşdirilməsi üçün innovativ fəaliyyətin stimullaşdırılması, innovasiyaların  səmərəliliyinin yüksəldilməsinin zəruriliyi göstərilmişdir. Elmi innovasiyaların tətbiqi xüsusiyyətləri araşdırılmış, innovasiya fəaliyyətinin təkmilləşdirilməsi istiqamətlərində elmi tədqiqat işlərinin təhlili aparılmışdır. İşğaldan azad edilmiş ərazilərdə müasir texnologiyalar əsasında infrastruktur layihələrinin həyata keçirilməsi, həmçinin Elektron Qarabağ proqramının əhəmiyyəti göstərilimişdir. İnnovasiya fəaliyyətinin iqtisadi aspektləri tədqiq edilmiş, elektron innovasiyaların xüsusiyyətləri araşdırılmışdır. Elmi innovasiyaların kommersiyalaşdırılmasının əsas mərhələlərinin struktur analiz modeli təklif edilmişdir. İnnovasiyaların kommersiyalaşdırılmasının iştirakçıları arasındakı qarşılıqlı əlaqələr müəyyənləşdirilmişdir. İnnovasiya texnologiyalarının transferi, kommersiyalaşdırılması problemləri tədqiq edilmişdir. Qlobal innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyətinin təhlili aparılmışdır. Milli İnnovasiya Sisteminin tərkib hissələrini qiymətləndirmək üçün tətbiq edilən müxtəlif yanaşmalar tədqiq olunmuşdur. Elmi nəticələrin kommersiyalaşdırılması prosesini xarakterizə edən ilkin göstəricilər işlənilmiş, kommersiyalaşdırılma potensialının kompozit indeksini formalaşdıran indekslər təklif edilmişdir. Elmi tədqiqat nəticələrinin, innovasiya məhsullarının, nou-hau, biliklərin, ideyaların kommersiyalaşması üzrə tövsiyələr işlənilmişdir. Məqalədə tədqiqat obyekti olaraq elmi tədqiqat fəaliyyətinin nəticələrinin, elmi innovasiyaların kommersiyalaşdırılması prosesləri, tədqiqat predmeti isə həmin prosesin idarə olunmasının müxtəlif aspektləri qəbul olunmuşdur.  Kommersiyalaşma prosesinin idarə olunmasıyla əlaqədar tövsiyələr işlənilmiş və onun inkişafı problemlərinin müəyyənləşdirilməsində informasiya nəzəriyyəsindən, sistemli yanaşma metodundan istifadə edilmişdir. Statistik analiz, ekonometrik modelləşdirmə üsulları, müasir İKT texnologiyaları, IV Sənaye inqilabının və s. əsas tələbləri, tendensiyaları nəzərə alınmışdır. Verilən tövsiyələr elmi tədqiqat fəaliyyətinin nəticələrinin və innovasiyaların kommersiyalaşdırılması proseslərinin səmərəli idarə olunmasının  təşkilinə kömək edə bilər. Elmi tədqiqat fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması istiqamətlərinin təkmilləşdirilməsi yeni iqtisadi idarəetmə şəraitində səmərəliliyin artırılmasına əlavə imkanlar yarada bilər (səh.52-69). 

Açar sözlər:innovasiya infrastrukturu, nou-hau, elmi innovasiyalar, kommersiyalaşdırılma potensialı, IV Sənaye inqilabı.
DOI : 10.25045/jpis.v12.i2.04
Ədəbiyyat
  • Ragamsal transformasiya sahasinda idaraetmanin takmillashdirilmasi haggında Azarbayjan Respublikası Prezidentinin Farmanı. Bakı, 27 aprel 2021, https://president.az/articles/51299
  • The Sustainable Development Goals Report 2020, United Nations, https://unstats.un.org/sdgs/report/2020/
  • Schwab The Fourth Industrial Revolution. Limited, 2017, 192 p.
  • “Azarbayjan 2030: Sosial-igtisadi inkishafa dair Milli Prioritetlar” va onun tasdig edilmasi haggında Azarbayjan Respublikası Prezidentinin Saranjamı, Bakı, 2 fevral 2021, https://president.az/articles/50474.
  • Telekommunikasiya va informasiya tekhnoloġiyalarının inkishafına dair Stratezhi Yol kharitasi. Bakı, 6 dekabr 2016, https://president.az/artijles/22382.
  • AR Agli Mulkiyyat Aġentliyinin tabeliyinda “Tekhnologiyaların Kommersiyalashdırılması va Transferi Markazi”nin yaradılması haggında Azarbayjan Respublikası Prezidentinin Farmanı, Bakı, 6 aprel 2021, https://president.az/artijles/51024
  • Yacheng Y., Hong C., Qingzhi Z., Jiasu L. The commercialization of university and research institutes’ science-based innovations-the four successful Chinese cases // Journal of Industrial Integration and Management, 2018,  vol.03, No.03, https://www.worldscientific.com/doi/abs/10.1142/S2424862218500136
  • Friedrichsen M., Zarea H., Tayebi A., Asadi F. Competitive strategies of knowledge and innovation commercialization: a unified SWOT and FUZZY AHP approach // AD-minister NO30, 2017, pp. 45-72.
  • Usmanov A. The ways of commercialization of scientific developments of foreign countries / International Conference on Business and Economics (ICBE2017), Vietnam, July 6-8, 2017, pp.123-125
  • Rasli A., Kowang T.O. Universities innovation and technology commercialization challenges and solutions from the perspectives of Malaysian research universities / 3rd Int. Conference Materials, Industrial, and Manufacturing Engineering, Miri, Malaysia, Malaysia, 6-8 December 2017, vol.1902, pp. 020057-1–020057-7.
  • Ravi R., Janodia M.D. Factors affecting technology transfer and commercialization of university research in India: A cross-sectional study // Journal of the Knowledge Economy, 2021, https://link.springer.com/article/10.1007/s13132-021-00747-4.
  • “Elm haggında” Azarbayjan Respublikasının Ganunu. Bakı, 14 iyun 2016, http://sjienje.ġov.az/uploads/PDF/Elm_hagginda_Azerb_Respublikasinin_Ganunu.pdf.
  • AMEA-nın 2020-2025-ji illar üchün Inkishaf programı, 28 dekabr 2019, http://elm.az/uploads/pdf/p1dvgo29ke1r0u187d5at1k1b13e44.pdf.
  • OECD Science. Technology and Innovation Outlook 2021, https://www.oecd.org/sti/oecd-science-technology-and-innovation-outlook-25186167.htm.
  • Martinez-Ros E. Revisiting product and process innovations // International Journal of Business Environment, 2019, volume 10, issue 3, pp. 270-280.
  • Alguliyev R.M., Aliyev A.G., Shahverdiyeva R.O. The content of innovations and structural analysis of their features in the formation of information economy // Life Science Journal, 2014,  vol.11, no.12, pp.119-125.
  • Huseynova A.D. Elm va innovasiya faaliyyati: olchma va giymatlandirma. Bakı, 2020, 374 s.
  • Lebedev A.L., Sekerin V.D., Semikova O.R., Gorokhova A.E. Upravlenie innovaczionnoj deyatel`nost`yu v organizaczii, Moskva, “Nauchny`j konsul`tant”, 2018, 272 s.
  • Kuester S., Konya-Baumbach E., Schuhmacher M.C. Get the show on the road: Go-to-market strategies for e-innovations of start-ups // Journal of Business Research, 2018, vol. 83, pp.65-81.
  • Shherbakov V.N., Dubrovskij A.V., Makarova I.V. Makroe`konomicheskie aspekty` kommerczializaczii innovaczij, Monografiya, Moskva, 2020, 492 c.
  • Aliyev A.G. Innovasiya proseslarinda kommersiyalashdırılma marhalasinin model va mekhanizmlarinin ishlanilmasi // AMEA-nın khabarlari. Elm va Innovasiya seriyası, 2012, №3(11), s.3-11. 
  • Tikhomirova O.G. Diffuziya innovaczij, transfer tekhnologij i kommerczializacziya innovaczij // Fundamental`ny`e issledovaniya, 2018, №1, s.127-132.
  • Cherny`kh S. I., Frolova N.D. i dr. Zarubezhny`j opy`t finansirovaniya issledovanij i razrabotok i vozmozhnosti ego primeneniya v Rossii, Moskva, IPRN RAN, 2020. 201 s.
  • Eremenko I.A., Sopel`nik E.Yu., Petrov G.S. Kommerczializacziya rezul`tatov nauchnotekhnicheskoj deyatel`nosti v usloviyakh uglubleniya integraczionny`kh proczessov // E`lektronny`j nauchny`j zhurnal vektor e`konomiki, 2018,  №11(29),  76-87.
  • Sal`nikova K. V. Kommerczializacziya rezul`tatov nauchny`kh issledovanij i razrabotok v usloviyakh czifrovoj e`konomiki. Soczial`no-e`konomicheskoe razvitie Rossii: Problemy`, tendenczii, perspektivy` / Sbornik statej KhVIII Mezhdunarodnoj nauchno-prakticheskoj konferenczii, 25 iyunya 2019 g., s.297-304.
  • Nugumanova G.R. Razrabotka modeli kommerczializaczii innovaczij dlya formirovaniya innovaczionnoj sistemy` v Rossii // Kreativnaya e`konomika, 2020, tom 12, #12, s.1929-1938. EC. European Innovation Scoreboard, Luxembourg, Publications Office of the European Union, 2020, 98 p.
  • Global Innovation Index, 2020, 448 p.
  • GEDI, The Global Entrepreneurship Index, 2019, 71 p.
  • World Economic Forum. The Global Competitiveness Report, 2019, 666 p.
  • Business innovation statistics and indicators, 2019, https://www.oecd.org/-innovation/inno/inno-stats.htm#indicators.
  • Kanivecz P.I., Kurushina O.P. Metodika e`kspertnogo analiza i oczenki rejtinga perspektivnosti kommerczializaczii nauchno-tekhnicheskikh razrabotok // Izvestiya KBNCz RAN, 2009, #2(28), s.61-71.
  • Karpy`cheva S. A. Razrabotka algoritma proczessa kommerczializaczii razrabotok v nauchny`kh organizacziyakh // Vestn. Mosk. Un-ta, Ser. 6, E`konomika, 2017, #5, s.125-144.