AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AÇIQ DÖVLƏT MƏLUMATLARININ DƏYƏRƏ ÇEVRİLMƏSİ MƏSƏLƏLƏRİ
Mahmudov Rasim Ş.

Son illər açıq dövlət məlumatlarına maraq sürətlə artmaqdadır. Artıq bir çox maraqlı tərəflər - dövlətlər, biznes, vətəndaş cəmiyyəti qurumları hesab edirlər ki, bu məlumatlar Big Data analitikasının tətbiqi ilə bir sıra faydalı məqsədlər üçün istifadə edilməklə dəyərə çevrilə, idarəetmənin, iqtisadi fəaliyyətin səmərəliliyinin artırılmasında, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynaya bilər. Maraqlı tərəflərin hər biri öz fəaliyyət istiqamətlərinə uyğun dövlət məlumatlarından səmərəli şəkildə istifadə etməyə çalışırlar. Lakin açıq dövlət məlumatlarının dəyərə çevrilməsi, əlyetərliliyinin, sərbəst şəkildə istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra hüquqi, təşkilati, iqtisadi, metodoloji, sosial-mədəni problemlər mövcuddur. Məqalədə açıq dövlət məlumatlarının mahiyyəti, xüsusiyyətləri, dəyəryaratma potensialı göstərilir. Açıq dövlət məlumatları sahəsində beynəlxalq təşəbbüslər, qabaqcıl ölkələrin, eyni zamanda, Azərbaycanın atdığı addımlar, həyata keçirdiyi tədbirlər analiz edilir. Açıq dövlət məlumatlarının maraqlı olan tərəflərin – dövlətin, biznes və vətəndaş cəmiyyəti qurumlarının, medianın, tədqiqatçıların həmin aktivlərin dəyərə çevrilməsində rolu şərh olunur. Həmçinin müvafiq məlumatların dəyərə çevrilməsinə təsir göstərən texniki, iqtisadi, sosial-mədəni və siyasi amillər xarakterizə edilir. Eləcə də, müvafiq metodların analizi əsasında açıq dövlət məlumatlarının dəyərə çevrilməsinin qiymətləndirilməsi meyarları müəyyən olunur. Əyani misallarla açıq dövlət məlumatlarının dövlət və biznes üçün yaratdığı dəyərlər göstərilir. Eyni zamanda, açıq dövlət məlumatlarının dəyərə çevrilməsinə əngəl olan problemlər müəyyən edilmiş və onların həlli yolları göstərilir. Tədqiqat işində analiz, sintez, ümumiləşdirmə, sistemli yanaşma, multidissiplinar yanaşma, hüquqi normaların şərhi kimi metodlardan istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr Azərbaycanda açıq dövlət təşəbbüslərinin effektli şəkildə həyata keçirilməsi, eləcə də, maraqlı tərəflərin bu məlumatları dəyərə çevirmələri üçün müvafiq strategiyaların hazırlanması və reallaşdırılmasında istifadə edilə bilər (səh.131-144).

Açar sözlər:açıq məlumatlar, açıq dövlət məlumatları, açıq dövlət təşəbbüsləri, Big Data.
DOI : 10.25045/jpis.v12.i2.10
Ədəbiyyat
  • Davies T., Walker S., Rubinstein M., Perini F. (Eds.). The State of Open Data: Histories and Horizons, Cape Town and Ottawa: International Development Research Centre, 2019, 594 p.
  • Davenport T., Kalakota R. The potential for artificial intelligence in healthcare // Future Healthc Journal, 2019, Jun, 6(2), pp. 94–98.
  • Open Government Data, https://www.oecd.org/gov/digital-government/open-government-data.htm
  • David Wiley. Open Data in More Detail, 2013, https://learn.canvas.net/courses/4/pages/open-data-in-more-detail
  • Attard J., Orlandi F., Scerri S., Auer S. A systematic review of open government data initiatives // Government Information Quarterly, Vol. 32, Is. 4, October 2015, pp. 399-418.
  • Algemili U.A. Outstanding Challenges in Recent Open Government Data Initiatives // International Journal of e-Education, e-Business, e-Management and e-Learning, 2016, Vol. 6, No. 2, pp. 91-102.
  • World Bank. Starting an Open Data Initiative, http://opendatatoolkit.worldbank.org
  • Ubaldi B. Open Government Data: Towards Empirical Analysis of Open Government Data Initiatives, OECD, 2013, 61 p.
  • Pas J., Rechten L. The Commercialization of Government Information and the Proposal for a Directive COM 207 by the European Commission // Murdoch University Electronic Journal of Law, December 2002, Volume 9, Number 4, http://classic.austlii.edu.au/au/journals/ MurUEJL/2002/48.html
  • OGP. About Open Government Partnership, https://www.opengovpartnership.org/about
  • Open Government Declaration, September 2011,
    https://www.opengovpartnership.org/process/joining-ogp/open-government-declaration
  • ODC. Open Data Charter, 18 yune 2013, https://opendatacharter.net/g8-open-data-charter
  • Jessica Mulholland. What Obama Did for Tech: Transparency and Open Data, 27 September 2016, https://www.govtech.com/data/what-obama-did-for-tech-transparency-and-open-data.html
  • Brantley B. The Value of Federal Government Data, 14 March, 2018, https://digital.gov/2018/03/14/data-briefing-value-federal-government-data
  • City of New York, Department of Information Technology and Telecommunications. Open Data Policy and Technical Standards Manual, NYC Open Data, April 2018, 28 p.
  • US. Open Government Initiatives, https://open.usa.gov
  • Government of Canada. Open Government, https://open.canada.ca/en
  • Grüll F. German government will make more data publicly available with new law, February 10, 2021, https://www.euractiv.com/section/digital/news/german-government-will-make-more-data-publicly-available-with-new-law/
  • UK. National Data Strategy, https://www.gov.uk/government/publications/uk-national-data-strategy/national-data-strategy#data-7-1
  • UK. What the Centre for Data Ethics and Innovation does, https://www.gov.uk/government/organisations/centre-for-data-ethics-and-innovation
  • Azerbaijan and OGP. Criteria and Standards Subcommittee Recommendation on the Policy on Upholding the Values and Principles of the OGP for the case of Azerbaijan, https://ogp.org.az/index.php/azerbaijan-and-ogp
  • Open Data Portal of the Republic of Azerbaijan, https://www.opendata.az/en
  • Achıg hokumatin tashvigina dair 2020-2022-ji illar üchün Milli Faaliyyat Planı, http://www.e-qanun.az/framework/44619
  • Davies T., Walker S.B., Rubinstein M., Perini F. The State of Open Data: Histories and Horizons, African Minds, IDRC, 2019, 594 p.
  • Jethani S., Leorke D. Open Government Data in Practice: Stakeholder Attitudes and Behaviours Towards Open Data Initiatives, Open Data in Practice, 2019, 50 p.
  • Gonzalez F., Zapata Heeks Z.R. The multiple meanings of open government data: Understanding different stakeholders and their perspectives // Government Information Quarterly, October 2015, Volume 32, Issue 4, Pages 441-452.
  • Attard J. Fabrizio Orlandi F. Auer S. Value Creation on Open Government Data / 2016 49th Hawaii International Conference on System Sciences (HICSS), 5-8 Jan. 2016, DOI: 10.1109/HICSS.2016.326
  • Melin U. Challenges and Benefits in an Open Data Initiative – A Local Government Case Study of Myths and Realities // Electronic Government and Electronic Participation, 2016, Vol.23, pp. 111-122.
  • Callinan C., Scott M., Ojo A., Whelan E. How to Create Public Value Through Open Data Driven Co-Creation: A Survey of the Literature / ICEGOV '18: Proceedings of the 11th International Conference on Theory and Practice of Electronic Governance, April 2018, pp. 363–370, https://doi.org/10.1145/3209415.3209457
  • Brandusescu A., Lammerhirt D. Open Data Charter measurement guide. Open Data Charter, 22 May 2018, https://papers.ssrn.com/sol3/papers.cfm?abstract_id=3331162
  • Kawashita I., Baptista A.A., Soares D. An Assessment of Open Government Data Benchmark Instruments, http://ceur-ws.org/Vol-2797/paper2.pdf
  • Solar M., Concha G., Meijueiro L. A Model to Assess Open Government Data in Public Agencies / International Conference on Electronic Government (EGOV 2012), 3-6 September 2012, Kristiansand, Norway, pp 210-221.
  • European Data Portal. Open Data Maturity 2020, Luxembourg: Publications Office of the European Union, 2020, 96 p.
  • Kim G-H., Trimi S., Ji-Hyong Chung J-H. Big-Data Applications in the Government Sector // Communications of the ACM, March 2014, Vol. 57 No. 3, Pages 78-85, DOI: 10.1145/2500873.
  • Yiu C. The Big Data Opportunity. In: Policy Exchange, Policy Exchange, 2012, 36 p.
  • Myhealthfinder, https://health.gov/myhealthfinder
  • Starbucks: Brewing up a data storm! Nov 21, 2015, https://digital.hbs.edu/platform-digit/submission/starbucks-brewing-up-a-data-storm
  • Accenture Federal Services. Government data for business innovation, January 11, 2018, https://www.accenture.com/us-en/insights/us-federal-government/government-data-business-innovation
  • Murat Tahir Chaldag M.T., Gokalp M.O., Gokalp E. Open Government Data: Analysing Benefits and Challenges / 2019 1st International Informatics and Software Engineering Conference (UBMYK), Ankara, Turkey, 6-7 Nov. 2019, pp. 1-6, doi: 10.1109/UBMYK48245.2019.8965581.
  • McGee R., Edwards D. Introduction: Opening Governance – Change, Continuity and Conceptual Ambiguity // IDS Bulletin, 2016, Vol.47, No.1, pp.1-22.
  • Elmekki H., Chiadmi D., Lamharhar H. Open Government Data: Problem Assessment of Machine Processability / International Conference Europe Middle East & North Africa Information Systems and Technologies to Support Learning (EMENA-ISTL 2018), Fez, Morocco, 25-27 October 2018, pp. 492-501.
  • Ruijer E., Détienne F., Baker M., Groff J., Meijer A.J. The Politics of Open Government Data: Understanding Organizational Responses to Pressure for More Transparency // The American Review of Public Administration, April 1, 2020, Volume 50, Issue 3, pp. 260-274.
  • Wieczorkowski J. Barriers to Using Open Government Data / ICEEG 2019: Proceedings of the 2019 3rd International Conference on E-commerce, E-Business and E-Government, Lyon France, June, 2019, pp.15–20, https://doi.org/10.1145/3340017.3340022
  • Data Fondation. Future of Open Data: Maximizing the Impact of the Open Government Data Act, October 2019, https://www.datafoundation.org/future-of-open-data-maximizing-the-impact-of-the-open-government-data-act
  • Green B., Cunningham G., Ekblaw A., Kominers P., Linzer A., Crawford S. Open Data Privacy, Berkman Klein Center Research Publication, 2017, 111 p.
  • Charalabidis Y., Zuiderwijk A., Alexopoulos Ch., Janssen M., Lampoltshammer T., Ferro E. Organizational Issues: How to Open Up Government Data? // The World of Open Data,22 September 2018, 57-73.
  • Hughes-Cromwick E., Coronado J. The Value of US Government Data to US Business Decisions // Journal of Economic Perspectives, 2019, vol. 33, no. 1, pp. 131-146.
  • Shaharudin A. Open Government Data: Principles, Benefits and Evaluations, Khazanah Research Institute, Discussion Paper 12/20, 22 September 2020, 51 p.