AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
BANK SEKTORUNUN RƏQƏMSALLAŞDIRILMASI PROSESLƏRİ: BEYNƏLXALQ ASPEKT
Yelena A. Kirillova, Teymur E. Zülfüqarzadə

Tədqiqat maliyyə-bank sahəsində rəqəmsal texnologiyaların beynəlxalq səviyyədə tətbiqinin əsas xüsusiyyətlərini təhlil edir. İşdə əldə edilən nəticə: müştərinin rəqəmsal identifikatoru bank sektorunda texnoloji platformaların istifadəsi zamanı əsas atributdur; müştərinin rəqəmsal identifikatoruna münasibətdə fərdi məlumatların qorunması haqqında normalar və informasiya təhlükəsizliyi tələbləri qüvvədə olmalıdır; rəqəmsal identifikator pasportun analoqu olduğundan, rəqəmsal identifikatorun fiziki şəxs haqqında daha çox məlumat ehtiva edə biləcəyini və rəqəmsal mülki dövriyyədə iştirak etməyə imkan verdiyini söyləyə bilərik. Tədqiqatda əsas proseslərin avtomatlaşdırılması səviyyəsinə görə bankların rəqəmləşdirilməsi dərəcəsinin qiymətləndirilməsi metodu təklif edilmişdir (səh.68-76).

Açar sözlər:Böyük Verilənlər, İnformasiya, Fərdi verilənlər, Elektron forma, Məxfilik, Bank işi, Rəqəmsallaşdırma
DOI : 10.25045/jpis.v13.i1.08
Ədəbiyyat