AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
İNFORMASİYA TEXNOLOGİYALARI PROFİLLİ TƏHSİLİN VƏ İNFORMASİYA TEXNOLOGİYALARI MÜTƏXƏSSİSLƏRİNƏ DAİR TƏLƏB VƏ TƏKLİFİN UYĞUNLUĞUNUN ANALİZİ METODİKASI (rus.)
Məmmədova Məsumə H., Məmmədzadə Faiq R.

Azərbaycanda informasiya texnologiyaları profilli təhsilin müasir vəziyyəti təhlil edilmişdir. İnformasiya texnologiyaları sеqmentini tərk edən mütəxəssslərin mütləq əvəzlənməsi və İnformasiya texnologiyaları üzrə məzunların say göstəricilərini nəzərə alan informasiya texnologiyaları mütəxəssislərinin təklif bazarının kəmiyyətcə qiymətləndirilməsi metodu işlənilmişdir. Milli səviyyədə, İKT sektoru və iqtisadiyyatın digər sahələri üzrə informasiya texnologiyaları mütəxəssislərinə tələb və təklifin uyğunsuzluğu müəyyən edilmişdir (səh.27-38).

Açar sözlər:İT seqmenti, əmək bazarı, İT profilli təhsilin kəmiyyətcə qiymətləndirilməsi, təklif bazarı, İT kadrlarının əvəzlənməsi, İT mütəxəssislərinə tələb və təklifin uyğunsuzluğu.
DOI : 10.25045/jpis.v09.i1.02