AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
ÇOXMEYARLI QİYMƏTLƏNDİRMƏ METODU ƏSASINDA ELEKTRON SƏSVERMƏ SİSTEMİNİN TƏHLÜKƏSİZLİYİNƏ OLAN TƏHDİDLƏRİN RANQLAŞDIRILMASI (azərb.)
Yusifov Fərhad F.

E-səsvermə e-demokratiyanın ən mühüm tətbiqlərindən biri hesab edilir. E-səsvermə sisteminin tətbiqi müxtəlif məqsədli olsa da, əsas üstünlükləri kimi uyğun kompetensiyalara malik namizədlərin seçilməsi, seçicilərin mobilliyinin artması, ölkədən kənarda olan vətəndaşların seçkilərdə iştirakı, fiziki imkanları məhdud şəxlər üçün demokratik prosedurlara çıxış imkanlarının genişləndirilməsi, seçki nəticələrinin müstəqil və operativ şəkildə elan olunması və s. göstərilir. E-səsvermə sistemlərinin tətbiqində və inkişaf etdirilməsində təhlükəsizlik məsələləri həlledici rola malikdir. Məqalədə e-səsvermə sisteminə dair yanaşmalar və sistemin təhlükəsizliyinə olan təhdidlər araşdırılır. Çoxmeyarlı qiymətləndirmə metodu əsasında e-səsvermə sisteminin təhlükəsizliyinə olan təhdidlərin empirik qiymətləndirilməsi məsələsinə baxılır (səh.39-47).

Açar sözlər:e-səsvermə; İnternet-səsvermə; e-demokratiya; təhlükəsizlik təhdidləri, çoxmeyarlı qiymətləndirmə.
DOI : 10.25045/jpis.v09.i1.03