AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
Giriş
QEYDİYYAT
ÇOXMEYARLI QƏRAR QƏBULETMƏ MODELİ ƏSASINDA E-DÖVLƏT MODELLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ (azərb.)
Yusifov Fərhad F., Əmirxanlı Cabir G.

Müxtəlif ölkələrdə höküumətin fəaliyyətinə İKT-nin tətbiqi, dövlət informasiyasının şəffaflığı, əlyetərliliyi, vətəndaş və hakimiyyət orqanları arasında əks əlaqə, göstərilən dövlət xidmətləri, qərar qəbuletmə prosesində vətəndaşların iştirakı və s. e-dövlət modellərini xarakterizə edir. Məqalədə e-dövlət konsepsiyası analiz olunur və e-dövlət modellərinin qiymətləndirilməsi istiqamətində aparılmış tədqiqatlar araşdırılır. “Ən pis hal” yanaşmasından istifadə etməklə e-dövlət modellərinin qiymətləndirilməsi üçün çoxmeyarlı empirik qiymətləndirmə modeli təklif olunur. Modelin əsas üstünlüyü kimi mürəkkəb hesablamalar aparmadan e-dövlət modelinin çoxmeyarlı seçiminə imkan verməsi göstərilir (səh.34-40).

Açar sözlər:e-dövlət; e-dövlətin təkmil modeli; çoxmeyarlı seçim; ən pis hal üsulu.