AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
İKT-yə ƏSASLANAN İNTELLEKTUAL CƏMİYYƏTİN VƏ İQTİSADİYYATIN FORMALAŞMASI XÜSUSİYYƏTLƏRİ VƏ İNKİŞAF PROBLEMLƏRİ
Əliyev Əlövsət Q.

Məqalə İKT-yə, informasiyaya, bilik və texnologiyalara əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşmasının bəzi xüsusiyyətlərinə və inkişafı problemlərinə həsr olunmuşdur. Yeni cəmiyyətin və iqtisadiyyatın yaradılması, inkişaf etdirilməsi zərurəti və aktuallığı əsaslandırılmışdır. Postindustrial nəzəriyyələrin istiqamətləri, informasiya, bilik və postbilik iqtisadiyyatları haqqında ümumi məlumatlar şərh olunmuşdur. Postbilik iqtisadiyyatında intellektuallıq amili, bilik və postbilik iqtisadiyyatlarının əsas fərqli xüsusiyyətləri göstərilmişdir. İntellektual iqtisadiyyatın inkişafının əsas baza xüsusiyyətləri və prinsipləri konseptual model formasında sxematik olaraq təklif olunmuşdur. İntellektual iqtisadiyyatın formalaşmasında institusional amillər və əsas problemlər izah olunmuşdur. İntellektual iqtisadiyyatın formalaşması və inkişaf səviyyəsi üzrə göstəricilərin işlənilməsinin ümumi istiqamətləri, xarakterləri müəyyənləşdirilmişdir. İntellektual cəmiyyətin və iqtisadiyyatın bəzi müasir inkişaf trendlərinin nəzərə alınması üçün müvafiq təklif və tövsiyələr verilmişdir. Məqalədə tədqiqat obyekti olaraq beynəlxalq iqtisadi inkişaf meyllərinə, 4-cü Sənaye inqilabının çağırışlarına müvafiq olaraq intellektual cəmiyyətin və iqtisadiyyatın inkişafı problemlərinin müəyyənləşdirilməsində sistemli yanaşmadan istifadə edilmişdir. Burada statistik analiz üsulları tətbiq olunmuş, müasir İKT texnologiyalarının tələbləri nəzərə alınmışdır. İKT-yə əsaslanan intellektual cəmiyyətin və iqtisadiyyatın formalaşması xüsusiyyətləri və inkişafı problemlərinin təhlili əsasında verilən tövsiyələr yeni iqtisadiyyatın fəaliyyətinin səmərəli təşkilində müəyyən töhfələr verə bilər. Təklif olunmuş müasir iqtisadiyyatın formalaşmasının və perspektiv inkişaf mərhələlərinin konseptual modelinin nəzərə alınması yeni iqtisadi idarəetmədə qərar qəbuluna əlavə imkanlar yarada bilər (səh.43-55).

Açar sözlər:informasiya iqtisadiyyatı, bilik iqtisadiyyatı, postbilik iqtisadiyyatı, intellektual iqtisadiyyat, innovasiya potensialı.
DOI : 10.25045/jpis.v12.i1.04
Ədəbiyyat
  • Клейнер Г.Б. Интеллектуальная экономика нового века: Экономика постзнаний // Экономическое возрождение России, 2020, №1(63), с. 35-42.
  • Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası. Bakı, 29 dekabr 2012, https://president.az/files/future_az.pdf
  • Azərbaycan Respublikasında İnformasiya Cəmiyyətinin İnkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya. Bakı, 02 aprel 2014, https://president.az/articles/11312.
  • Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi. Bakı, 6 dekabr 2016, https://president.az/articles/21953.
  • Əliyev Ə.Q. İnformasiya iqtisadiyyatı sektorlarının formalaşmasının elmi-nəzəri və metodoloji əsaslarının tədqiqi // İnformasiya cəmiyyəti problemləri, 2018, №2, s. 84-96.
  • Проблемы экономического роста в странах Центрально-Восточной Европы в условиях новой реальности в мировой экономике. Отв. ред. Н.В. Куликова, М., ИЭ РАН, 2019, 366 с., http://www.inecon.org.
  • HideakiH. The big push to a knowledge-based economy with intellectual property rights protection // Review of Development Economics, 2020, vol.24, issue 4, pp.1551-1559.
  • Nikitenko S.M., Mesyats M.A. Intellectual property rights as the resource for innovative economy development / IOP Conference Series: Earth and Environmental Science, SibSIU, Novokuznetsk, Russia,  4–7 june 2019, volume 377, 1-8.
  • Безруких Д.В. Информационная экономика как драйвер инновационного развития экономики РФ // Проблемы современной экономики, 2016, №35, с.116-120.
  • Farshad F.M., Nasser E. et al. Appropriate theoretical framework for understanding and analyzing economic issues in knowledge-based economy // Journal of the Knowledge Economy, 2017, vol. 8, issue 3, pp.957-976.
  • Джигеров З.А., Дубовик М.В. Новые тренды в интеллектуальной экономике // Экономика устойчивого развития, 2013, №13, c.82-87.
  • Doguchaeva S.M. Intellectual components of digital automation in economics // Economy Business Banks, 2018, issue ‏1, pp. 96-104.
  • Ишназарова З.М. Экономика России: Место интеллектуального развития и знаний // Вестник ПНИПУ. Социально-экономические науки, 2017, №1, с.164-180.
  • Əliyev Ə.Q. Müasir şəraitdə informasiya iqtisadiyyatının formalaşma xüsusiyyətləri və problemləri // AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası, 2018, №1, s.34-45.
  • Замлелый А.Ю. Формирование SMART (интеллектуальной) экономики: теория и практика // Современные проблемы науки и образования, 2012, №4, http://www.science-education.ru/ru/article/view?id=6684.
  • Andrew W. Manuel Castells's trilogy the information age: economy, society, and culture // Information Communication & Society, 2016, vol. 19, issue 12, pp.1673-1678.
  • Паньшин Б. Интеллектуальный каркас экономики. наука и инновации // Наука и инновации, 2014, №10(140), с. 48-52.
  • Sagiyeva R., Zhuparova A., Ruzanov R., Doszhan R., Askerov A. Intellectual input of development by knowledge-based economy: problems of measuring in countries with developing markets // The International Journal Entrepreneurship and Sustainability, 2018, vol. 6, No 2, pp.711-728.
  • Centre for the Fourth Industrial Revolution Network, 2019, 24 p.
  • Vinod T., Kumar M., Dahiya B. Chapter 1. Smart Economy in Smart Cities // Springer Nature Singapore, 2017, p3-76.
  • Indrawati I., Azkalhaq N., Amani H. Indicators to measure smart economy: An Indonesian perspective / ICBIM '18: Proceedings of the 2nd International Conference on Business and Information Management, 2018, september 20 22, pp.173-179.
  • Orlovska Y., Cherchata A., Kovalenko O. Development of intellectual economy: some approaches for policy elaborating // Baltic Journal of Economic Studies, 2020, v6, No. 2, pp. 116-124.  
  • Kupriyanova L.M., Usmanova T.H. The special aspects of the intellectual property economics // Economy Business Banks, 2016, issue‏ 3, pp. 81-94. 
  • Holroyd C. Technological innovation and building a ‘super smart’ society: Japan’s vision of society 5.0. // Journal of Asian Public Policy, 2020, p.1-14.