AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏRDİ MƏLUMATLARIN E-İDARƏETMƏ SİSTEMİNİN SOSİAL KREDİT SİSTEMİNDƏ TƏTBİQİNİN PERSPEKTİVLƏRİ HAQQINDA
Əliquliyev Rasim M., Ələkbərova İradə Y.

E-dövlət mühitində fərdi məlumatların e-idarəetmə sisteminin (FMEİS) tətbiqi dövlətin informasiya məkanlarının təhlükəsizliklərinin təmin olunmasında, ölkə daxilində və beynəlxalq səviyyədə cinayətkarlıqla mübarizədə, iqtisadi gücün artırılmasında mühüm əhəmiyyət kəsb edir. FMEİS məxfiliklə əlaqəli riskləri ardıcıl olaraq müəyyənləşdirmək üçün ümumi prinsipləri formalaşdırır və verilənləri düzgün idarə edir. Vətəndaşın davranışı və fərdi məlumatlarına əsasən sosial kreditin qiymətləndirilməsi məsələsində FMEİS-in əhəmiyyətini müəyyən etmək üçün məqalədə FMEİS-in qısa icmalı verilmiş, sistemin ümumi arxitektur sxemi işlənmişdir. FMEİS-in səmərəli işini və təhlükəsizliyini təmin etmək üçün sistemdə toplanan və hər saniyə artan böyük verilənlər (big data) problemi müəyyənləşdirilmişdir. Tədqiqatda verilənlərin səmərəli toplanması, saxlanması və emalı üçün big data texnologiyalarının əhəmiyyəti göstərilmiş, bu məqsədlə verilənlərin paylanmış emalı texnologiyasından istifadə təklif olunmuşdur. Araşdırmalar nəticəsində FMEİS-in müasir e-dövlət mühitində əhəmiyyəti və gələcək perspektivləri müəyyənləşdirilmişdir. Tədqiqatda sistemləşdirmə, təsnifatlandırma, ümumiləşdirmə və müqayisəli analiz metodları istifadə edilmişdir. Tədqiqatdan əldə edilən nəticələr e-dövlətin daha səmərəli idarə olunmasında istifadə oluna bilər (səh.67-76).

Açar sözlər:fərdi məlumatlar, FMEİS, e-dövlət, big data, sosial kredit, paylanmış emal.
DOI : 10.25045/jpis.v12.i1.06
Ədəbiyyat
  • Gangi R.R., Rajesh N.B., Sudhakar N.P., Raviteja B., Rammohanarao K. Tracking objects using rfid and wireless sensor networks // International Journal Of Engineering Science & Advanced Technology, 2012, vol. 2, issue 3, pp. 513 – 517.
  • Məmmədova M., Cəbrayılova Z. Elektron tibb: formalaşması və elmi-nəzəri problemləri, 2019, Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 350 s.
  • Əliquliyev R.M., Ələkbərova İ.Y. E-dövlət mühitində sosial münasibətlərin analizi: imkanlar və perspektivlər // İnformasiya cəmiyyəti problemləri, 2020, №2, s. 65–79.
  • Əliquliyev R.M., Ələkbərova İ.Y. Elektron dövlət mühitində vətəndaşların sosial kredit sisteminin yaradılmasının konseptual əsasları // İnformasiya cəmiyyəti problemləri, 2018, №2, s. 3-15.
  • Duus R., Cooray M., Page N.C. Exploring Human-Tech Hybridity at the Intersection of Extended Cognition and Distributed Agency: A Focus on Self-Tracking Devices // Frontiers in Psychology, 2018, vol. 9, no. 1432.
  • Алексеев В., Модули Bluetooth, Wi-Fi и NFC производства u-blox для «Интернета вещей», Часть 2 // Беспроводные технологии, 2015, №3, с. 23–24.
  • Hatton C. China social credit: Beijing sets up huge system, 2015, http://www.bbc.com/news/world-asia-china-34592186.
  • General Data Protection Regulation, https://gdpr-info.eu/
  • Núria F., Minguillón A.J. Content Management for E-Learning, 2011, Springer, 215 p.
  • Girdhar Management Information Systems, 2013, New Delhi: Oxford University Press. 328 p.
  • Leslie B.Ph. Boland, M.B., Chang K., Chiang M.F., Daigrepont J., Grant J., Marx J.L. Image Management Systems: What You Need to Know, 2013, https://www.aao.org/eyenet/article/image-management-systems-what-you-need-to-know
  • Шишин И.О. Корпоративный документооборот. Учебное пособие. СПб.: Изд-во СПбГУЭФ, 2008,  80 с.
  • Ehrig Petri Net Technology for Communication-Based Systems: Advances in Petri Nets., 2003, Springer. 323 p.
  • Directive 95/46/EC of the European Parliament and of the Council of 24 October 1995, https://eur-lex.europa.eu/legal-content/en/
  • Directive 97/66/Ec of the European Parliament and of the Council 15 December 1997, https://eur-lex.europa.eu/legal-content/en/
  • European Convention on Human Rights, https://www.echr.coe.int/ Documents/Convention_ ENG.pdf
  • Fərdi məlumatlar haqqında Azərbaycan Respublikasinin Qanunu, http://www.e-qanun.az/framework/19675
  • AbreuP., MariliaK.V., Monteiro C.E. A comparative analysis of simulators for the Cloud to Fog continuum // Simulation Modelling Practice and Theory, 2020, vol. 101, no.10, pp. 20-29.
  • Couper M. Is the sky falling? New technology, changing media, and the future of surveys // Survey Research Methods, 2013, vol. 7, no. 3, pp. 145–156.
  • Suthaharan S. Big Data Classification: Problems and Challenges in Network Intrusion Prediction with Machine Learning // ACM Sigmetrics Performance Evaluation Review archive, 2014, vol. 41, no 4, pp. 70–73.
  • Alguliev R.M., Aliguliyev R.M., Alekperova I.Ya. Cluster approach to the efficient use of multimedia resources in information warfare in Wikimedia // Automatic Control and Computer Sciences, 2014, vol.48, no 2, pp. 97–108.