AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
BİG DATA BAZARININ BƏZİ XÜSUSİYYƏTLƏRİ VƏ PROBLEMLƏRİ HAQQINDA
Mahmudov Rasim Ş.

“XXI əsrin nefti” adlandırılan Big Data-nın dövlət idarəetməsində, müxtəlif iqtisadi sferalarda tətbiqi böyük perspektivlər vəd edir. Bu mütərəqqi texnologiya dövlət idarəetməsində effektivliyin, iqtisadiyyatda keyfiyyətin və gəlirlərin artmasına böyük təsir göstərir. Big Data-nın gəlirli sahə olması, ona olan böyük tələbat bu sahənin spesifik iqtisadi fəaliyyət istiqaməti kimi formalaşmasını və inkişafını şərtləndirir. Lakin Big Data yeni və spesifik iqtisadi fəaliyyət sahəsi olduğu üçün onun həll edilməli olan bir sıra elmi-nəzəri problemləri mövcuddur. Həmin problemlərdən biri də Big Data bazarının fəaliyyəti ilə bağlıdır. Məqalədə Big Data bazarı üçün xarakterik olan bəzi xüsusiyyətlər və problemlər araşdırılır. Big Data bazarının predmeti olan verilənlərin iqtisadi aktiv və istehsal amili kimi unikal cəhətləri müəyyənləşdirilir. Verilənlərin ənənəvi iqtisadi aktivlərdən və istehsal amillərindən fərqləndirən xüsusiyyətləri göstərilir. Big Data bazarında ticarətin bir sıra özünəməxsus xüsusiyyətləri və problemləri mövcuddur. Tədqiqat işində həmin özəlliklər təsnifləşdirilir və xarakterizə edilir. O cümlədən bir neçə mülkiyyətçinin verilənləri ilə ticarət, ticarətin ədalətliliyi və dürüstlüyü, konfidensiallığın qorunması, verilənlərin keyfiyyəti, Big Data-nın əlyetərliliyi kimi məsələlərə aydınlıq gətirilir. Həmçinin Big Data bazarında qiymətlərin müəyyənləşdirilməsi strategiyaları, metodları, şirkətlərin qiymət siyasətləri şərh olunur. Müvafiq qiymətlərin müəyyən edilməsini çətinləşdirən verilənlərin mənbələrinin müxtəlifliyi, verilənlərin idarə edilməsinin mürəkkəbliyi, verilənlərin fərqliliyi kimi problemlər müəyyənləşdirilir. Big Data bazarının əsas xüsusiyyətlərindən olan rəqabət, inhisarçılıq və qeyri-şəffaflıq məsələləri də məqalədə geniş şərh olunur, həmin problemləri yaradan amillər göstərilir. Bunlardan başqa, məqalədə qlobal Big Data bazarının bütövlyünün qorunmasına əngəl olan problemlər analiz və klassifikasiya olunur. Tədqiqat işində iqtisadi tədqiqatlara sistemli yanaşma, müqayisəli analiz, iqtisadi kompozitiv və mücərrəd-məntiqi metodlardan istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr Big Data bazarının elmi-nəzəri problemlərinin həlli, həmçinin bu bazarın formalaşması və tənzimlənməsi məsələlərində istifadə edilə bilər (səh.77-87).

Açar sözlər:Big Data, Big Data bazarı, Big Data ticarəti, verilənlərin qiyməti.
DOI : 10.25045/jpis.v12.i1.07
Ədəbiyyat
  • Berends J., Carrara W., Radu C. Analytical Report 9: The Economic Benefits of Open Data, European Union, 2020, 40 p.
  • Engels B. Data Governance as the Enabler 2019 of the Data Economy // Intereconomics, 2019, Vol. 54, No 4, pp. 216–222.
  • Carrière-Swallow, Haksar V. The Economics and Implications of Data. An Integrated Perspective, International Monetary Fund, 2019, 51 p.
  • Duch-Brown N., Martens B., Mueller-Langer F. The economics of ownership, access and trade in digital data, 2017, European Union, 2017, 57 p.
  • Liang F., YU , An D., Yang Q., Fu X., Zhao W. A Survey on Big Data Market: Pricing, Trading and Protection // IEEE Access, 2018, Volume 6, pp. 15132-15154.
  • Henke N., Bughin J., Chui M., Manyika J., Saleh T., Wiseman B., Sethupathy G. The age of analytıcs: competıng ın a data-drıven world, McKinsey & Company, 2016, 136.
  • UNECO, Fundamental Principles of Official Statistics, 2014, https://unece.org
  • Yang J., Zhao Ch., Xing Ch. Big Data Market Optimization Pricing Model Based on Data Quality // Complexity, 2019, https://doi.org/10.1155/2019/5964068
  • Mussa M., Rosen S. Monopoly and product quality // J. Econom. Theory, 2018, vol. 18(2), pp. 301-317.
  • Measurıng THE economıc value of data and cross-border data flows // OECD Dıgıtal economy papers, august 2020, No. 297, 47 p.
  • Demchenko Y., Los , de Laat C. Data as economıc goods: defınıtıons, propertıes, challenges, enablıng technologıes for future data markets // ITU Journal: ICT Discoveries, Special Issue No. 2, 23 Nov. 2018, https://www.itu.int/en/journal/002/Documents/ITU2018-12.pdf
  • Gökalp M.O., Kayabay K., Akyol M.A., Eren P.E., Koçyiğit A. Big Data for industry 4.0:a conceptual framework / 2016 International Conference on Computational Science and Computational Intelligence, pp.431-434.
  • Varian H. Artificial Intelligence, Economics, and Industrial Organization / In The Economics of AI: An Agenda, Cambridge, MA: National Bureau of Economic Research, 2018, https://www.nber.org/papers/w24839
  • Jones C.I., Tonetti C. Nonrivalry and the Economics of Data / Working Paper No. 3716, Stanford University, https://www.gsb.stanford.edu/faculty-research/working-papers/ nonrivalry-economics-data
  • Zuboff Sh. The Age of Surveillance Capitalism: The Fight for the Human Future at the New Frontier of Power, London, 2019, Profile Books, 705 p.
  • Medema S.G. The Coase Theorem at Sixty // Journal of Economic Literature, 2020, Vol. 58 (4), pp.1045-1128.
  • Mahmudov R.Ş. Big Data iqtisadiyyatının tənzimlənməsi məsələləri / Dördüncü sənaye inqilabının texnoloji perspektivləri: sənaye interneti, kiberfiziki sistemləri və intellektual texnologiyalar” Respublika elmi-texniki konfransı, Bakı, 26-27 noyabr 2020-ci il, http://aztu.edu.az/azp/yubiley/az/down/B%C3%B6lm%C9%99%203.pdf
  • Acquisti A., Taylor C., Wagman L. The Economics of Privacy // Journal of Economic Literature, 2016, Vol.54 (2) pp. 442-92.
  • Arrieta-Ibarra I., Goff L., Jiménez-Hernández D., Lanier J., Weyl E.G. Should We Treat Data as Labor? Moving Beyond ‘Free / AEA Papers and Proceedings, 2018, Vol 108, pp. 38-42.
  • Hana M.A., Axente M., Joseph M. Building the Data Economies of the Future. Tomorrow’s Data Economies Shaped by the Youth of Today, World Government Summit, 2019, 34 p.