AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
İKT ƏSASLI TEXNOLOJİ İNNOVASİYA İQTİSADİYYATI SEKTORLARININ FORMALAŞMASI VƏ ONLARIN SOSİAL İQTİSADİ PROSESLƏRƏ TƏSİRİ ASPEKTLƏRİ
Əliyev Ə.Q., Şahverdiyeva R.O.

Məqalədə İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması problemləri və onların sosial iqtisadi proseslərə təsiri araşdırılmışdır. Azərbaycan iqtisadiyyatında ənənəvi sahələrlə yanaşı, yeni sektorların inkişaf etdirilməsi istiqamətləri göstərilmişdir. İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorları müəyyənləşdirilmiş, onların formalaşması xüsusiyyətləri, problemləri tədqiq olunmuşdur. Onların formalaşmasında İKT-nin tətbiqi problemləri və perspektiv vəzifələri müəyyənləşdirilmişdir. Bəzi qlobal İKT, innovasiya və iqtisadi indekslər üzrə Azərbaycanın mövcud vəziyyəti təhlil edilmişdir. Texnoloji innovasiya iqtisadiyyatının formalaşdırılmasında innovativ inkişafı xarakterizə edən göstəricilər təklif olunmuşdur. Mobil sistem və texnologiyaların iqtisadi xüsusiyyətləri, problemləri izah olunmuş, beynəlxalq təcrübə araşdırılmışdır. İnternet iqtisadiyyatının müasir vəziyyəti və inkişaf perspektivləri təhlil olunmuşdur. Kosmik, Big Data, bulud, Əşyaların İnterneti, kiberfiziki sistemlər və süni intellekt texnologiyaları iqtisadiyyatının spesifik xüsusiyyətləri araşdırılmışdır. Yeni iqtisadi sektorların sosial-iqtisadi proseslərə təsiri tədqiq edilmişdir. IV Sənaye inqilabına keçid tələblərini nəzərə almaqla İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının inkişafı üzrə müəyyən tövsiyələr verilmişdir. Məqalədə tədqiqat obyekti olaraq İKT əsaslı yeni texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması və onların sosial iqtisadi proseslərə təsiri aspektlərinin müəyyənləşdirilməsilə əlaqədar müvafiq tövsiyələrin işlənilməsinə baxılmışdır. Texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması, inkişafı problemlərinin müəyyənləşdirilməsində informasiya nəzəriyyəsindən və sistemli yanaşmadan istifadə edilmişdir. Statistik analiz, ekonometrik modelləşdirmə üsullarının, müasir İKT texnologiyalarının tələbləri, IV Sənaye inqilabının əsas tendensiyaları nəzərə alınmışdır. Verilən tövsiyələr texnoloji innovasiya iqtisadiyyatı sektorlarının səmərəli fəaliyyətinin təşkilinə müəyyən böyük töhfələr verə bilər. İKT əsaslı texnoloji innovasiya iqtisadiyyatı sektorlarının formalaşması istiqamətlərinin nəzərə alınması yeni iqtisadi idarəetmədə səmərəliliyin artırılmasına əlavə imkanlar yarada bilər (səh.94-110). 

Açar sözlər:innovativ inkişaf, iqtisadi indekslər, İnternet iqtisadiyyatı, IV Sənaye inqilabı.
DOI : 10.25045/jpis.v12.i1.09
Ədəbiyyat
  • Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri. Bakı, 6 dekabr 2016-cı il, https://president.az/articles/21953.
  • Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi. Bakı, 6 dekabr 2016-cı il, https://president.az/articles/22382.
  • “Elm haqqında” Azərbaycan Respublikasının Qanunu. Bakı, 14 iyun 2016, http://science.gov.az/uploads/PDF/Elm_haqqinda_Azerb_Respublikasinin_Qanunu.pdf.
  • Schwab K. The Fourth Industrial Revolution, Limited, 2017, 192 p.
  • Əliyev Ə.Q. İnformasiya iqtisadiyyatı sektorlarının formalaşmasının elmi-nəzəri və metodoloji əsaslarının tədqiqi // İnformasiya cəmiyyəti problemləri, 2018, №2, s.84-96.
  • Digital Economy Report-2019, 194 p.
  • Мирошниченко М.А., Зотова Т.С., Леготин И.А. Знания в рамках цифровой экономики как фактор развития информационного сектора // Вестник Академии знаний, 2019, № 35(6), с.193-199.
  • Maslennikov M.I. The technological innovations and their impact on the economy // Economy of Region, 2017, volume 13, issue 4, pp.1221-1235.
  • Mellor R.B. Big data modelling the knowledge economy // Int. J. Knowledge-Based Development, 2018, vol. 9, No.3, pp.206-220.
  • Егорова М.С. Технологические инновации, как основа изменения технологической структуры экономики // Управление экономическими системами: электронный научный журнал, 2013,№10 (58), с.35.
  • Чарочкина Е.Ю., Андросова И.В., Согачева О.В. Факторы формирования Интернет - экономики в России: возможности и опыт развитых стран // Экономика и управление: проблемы, решения, 2018, Т.7, №12, с.58-63.
  • Померанцева П., Ященко С.Д. Технология больших данных как основа формирования цифровой экономики // Интеллектуальные ресурсы-региональному развитию, 2020,№2, с.365-371.
  • The World Bank in Azerbaijan, https://www.worldbank.org
  • “Azərbaycan Respublikasında İnformasiya Cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya. Bakı, 2 aprel 2014-cü il, http://www.president.az.
  • Əliyev Ə.Q. Bəzi regional və müasir innovativ fəaliyyət sektorlarının İKT bazasında inkişaf etdirilməsi problemləri və istiqamətləri // AMEA-nın Xəbərləri. İqtisadiyyat seriyası, 2020, №2, s.31-45.
  • Niebel T. ICT and economic growth – Comparing developing, emerging and developed countries // World Development, 2018, pp.197-211.
  • ITU, Measuring the Information Society Report-2018, volume 2, 244 p. Statistical reports, ITU Publications, https://www.itu.int.
  • ICT sector analysis 2019, https://www.ec.europa.eu/jrc/en/predict/ict-sector-analysis-2019.
  • AR Dövlət Statistika Komitəsi, Azərbaycanın Milli Hesabları. Statistik Məcmuə. Bakı, 2019, 140 s.
  • Əliyev Ə.Q. İKT sektorunun müasir vəziyyətinin və perspektiv inkişaf potensialının qiymətləndirilməsi məsələləri // İnformasiya cəmiyyəti problemləri, 2020, №2, s. 51-64.
  • AR Dövlət Statistika Komitəsi. Azərbaycanda Informasiya Cəmiyyəti. Statistik Məcmuə. Bakı, 2020. 122 s.
  • World Economic Forum. The Global Competitiveness Report-2019. Editor Professor Klaus Schwab Geneva, Switzerland, 666 p.
  • Global Innovation Index-2020. Editors: Soumitra Dutta, Bruno Lanvin, and Sacha Wunsch-Vincent. 448 p.
  • The Network Readiness Index-2019. Editors: Soumitra Dutta and Bruno Lanvin. 318
  • Measuring the Information Society Report-2018, volume 1, 204 p.
  • World Bank. Doing Business-2020. International Bank for Reconstruction and Development,149 p.
  • Zoltán J. Ács László Szerb Esteban Lafuente Gábor Márkus. The Global Entrepreneurship Index-2019. 71 p.
  • Danylenko Yu. A. Characteristics and classification of innovation and innovation process // Science and Innovation, 2018, volume 14, issue 3, pp.14-26.
  • Махмудов Р.Ш.О научно-теоретических основах Интернет-экономики // Общество и экономика, 2020,№5, с.9-18.
  • Əliyev Ə.Q. Internet iqtisadiyyatının müasir vəziyyətinin təhlili və inkişaf perspektivləri // İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), s. 21-30.
  • Əliquliyev R.M., Mahmudov R.Ş. İnternet cəmiyyətin inkişafının hərəkətverici qüvvəsi kimi // İnformasiya cəmiyyəti problemləri, 2016, №1, s.35-45.
  • GSM Association. The Mobile Economy 2020, 62 p.
  • Магомедов Р.М. 5G технологии: прорыв в цифровой экономике // Самоуправление, 2020, Т.2, №1(118), с. 250-253.
  • Məmmədova M.H., Cəbrayılova Z.Q. Tibbi Əşyaların İnterneti və onun dəniz neft platformasında işçilərin fiziki təhlükəsizliyinin izlənməsində imkanları // İnformasiya cəmiyyəti problemləri, 2019, №1, s.51–62.
  • Чернов А.В., Чернова В.А. Интернет вещей как глобальная инфраструктура для новой экономики // Современная наука: актуальные проблемы теории и практики. Серия: Экономика и право, 2018, №12, с.73-76.
  • Nilsson N.Ch., Serafin S., Steinicke F. Natural walking in virtual reality: A review // Computers in Entertainment, 2018, vol.16, no.2, p. 22–31.