AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
VƏTƏNDAŞ ELMİ VƏ KÖNÜLLÜLƏR HƏRƏKATININ QARŞILIQLI ƏLAQƏSİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ
Verdiyeva Nərgiz N.

Məqalə vətəndaş elmi və könüllülər hərəkatının qarşılıqlı əlaqəsi və inkişaf perspektivləri məsələlərinə həsr olunmuşdur. Vətəndaş elminin və könüllülər hərəkatının xarakterik xüsusiyyətləri şərh edilmişdir. Müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda könüllülər hərəkatının inkişaf tarixinə və hazırkı vəziyyətinə baxılmışdır. Könüllü fəaliyyətin, ümumilikdə, cəmiyyət üçün, eləcə də, ayrılıqda vətəndaş elminin inkişafı üçün faydası tədqiq edilmişdir. Müvafiq sahədə görülən işlər araşdırılmışdır. Könüllülər hərəkatı ilə vətəndaş elminin qarşılıqlı əlaqəsi və onların birgə inkişafında İKT-nin rolu təhlil edilmişdir. Kiber-fiziki sistemlər, Əşyaların İnterneti, bulud hesablamaları və sərhəd hesablamaları kimi Industry 4.0 texnologiyalarının vətəndaş elmi və könüllülər hərəkatının inkişafında rolu tədqiq edilmişdir. Vətəndaş elmi və könüllülər hərəkatının İKT sahəsində son nailiyyətlərin tətbiqi ilə əlaqədar inkişaf perspektivləri göstərilmişdir. Tədqiqat zamanı elmi analiz, nəticələrin ümumiləşdirilməsi və mövzu üzrə problemlərin həllinə sistem yanaşma metodlarından istifadə olunmuşdur. Tədqiqatın nəticələri vətəndaş elminin inkişafı, vətəndaş elmində inklüziv iştirakın təmin edilməsi, eləcə də, bu məqsədlə müasir texnologiyaların tətbiqi üçün istifadə oluna bilər (səh.130-137).

Açar sözlər:e-elm, vətəndaş elmi, könüllülər hərəkatı, Sənaye 4.0, kiber-fiziki sistemlər, vətəndaş observatoriyası.
DOI : 10.25045/jpis.v12.i1.12
Ədəbiyyat
  • Əliquliyev R.M., Fətəliyev T.X. Vətəndaş elmi. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2018, 138 s.
  • Cohn J.P. Citizen science: Can volunteers do real research? // BioScience, Vol. 58, No. 3, 2008, pp. 192-197.
  • Ferran-Ferrer N. Volunteer participation in citizen science projects / El profesional de la información, 2015, v. 24, n. 6, pp. 827-837.
  • Harper D. Volunteer, Online Etymology Dictionary, https://www.etymonline.com
  • Фасмер М. Волонтер, Этимологический словарь русского языка, М.: Прогресс, 1986, т. I, 342 с.
  • Daniels P. Volunteer – what's in a word?, Jocote.org, 23 December 2010.
  • The History of Volunteering at a Glance, https://www.givingway.com/blog/the-history-of-volunteering-at-a-glance
  • Volunteerism and Social Inclusion, https://reliefweb.int
  • Round Table “Education for change and diaconia”, http://www.rondtb.msk.ru/info/en/ volunteers_en.htm
  • European Citizen Science Association, https://ecsa.citizen-science.net/documents/
  • Stevens M., Vitos M., Altenbuchner J. et al. Introducing Sapelli: A mobile data collection platform for non-literate users / ACM DEV-4’13: Proceedings of the 4th Annual Symposium on Computing for Development. December 2013, pp.1-2.
  • Frank A.G., Dalenogare L.S., Ayala N.F. Industry 4.0 technologies: Implementation patterns in manufacturing companies // International Journal of Production Economics, January 2019, pp. 15-26.
  • Chiarello F., Trivelli L., Bonaccorsi A., Fantoni G. Extracting and mapping industry 4.0 technologies using Wikipedia // Computers in Industry, vol. 100, September 2018, pp. 244-257.
  • Salim F.D., Haque U. Urban computing in the wild: A survey on large scale participation and citizen engagement with ubiquitous computing, cyber physical Systems, and internet of Things // International Journal of Human-Computer Studies, September 2015, pp. 31-48.
  • Hunt N., O’Grady M.J., Muldoon C. et al. Citizen Science: A learning paradigm for the smart city? // Interaction Design and Architecture(s) Journal – IxD&A, N.27, 2015, pp. 28-43.
  • eBird Mobile Apps Overview, http://help.ebird.org/customer/portal/articles/1848031-ebird-mobile-apps-overview
  • Olson M. Cloud Computing for Citizen Science, Master’s Thesis, California Institute of Technology, 2012, 39 p.