AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
AZƏRBAYCANDA MİLLİ TƏHLÜKƏSİZ İNTERNET MƏRKƏZİNİN YARADILMASI: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR
Ocaqverdiyeva Sabirə S.

İnternetdə uşaq və yeniyetmələrin təhlükəsizliyi problemi son illərin aktual mövzularındandır. Uşaq və yeniyetmələr virtual məkanda tez-tez təhlükələrlə üzləşirlər. Bu isə onların sağlamlığına, psixologiyasına və vətəndaş kimi düzgün inkişafına mənfi təsir göstərir. İnternet mühitində təhlükəsizliyin təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi, uşaq, yeniyetmə və gənclərin kiberməkanda olan təhlükələr haqqında məlumatlandırılması məsələsi dövlətin informasiya təhlükəsizliyində əsas məsələlərdəndir. Bununla əlaqədar olaraq, ölkələrdə milli informasiya təhlükəsizliyi strukturları yaradılır, tədqiqatçılar tərəfindən kibertəhlükələrin yaratdığı mənfi nəticələr təhlil edilir, monitorinqlər aparılır, proqnozlar verilir və həm dövlət, həm də beynəlxalq müstəvidə ciddi hüquqi sənədlər qəbul edilir. Tədqiqatın məqsədi informasiya təhlükəsizliyi, kibercinayətkarlıq və virtual məkanda mövcud olan təhlükələrin qarşısının alınması və bu tipli digər məsələlərin həlli üçün Azərbaycanda Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasının vacibliyini göstərməkdir. Tədqiqatda uşaqların kibertəhlükəsizliyinin təmin olunması üçün bir sıra ölkələrdə Milli Təhlükəsiz İnternet Mərkəzlərinin fəaliyyəti araşdırılmış, işlərində meydana çıxan problemlər analiz olunmuşdur. İşdə müqayisəli təhlil və sistemli yanaşma metodlarından istifadə edilmişdir. Məqalədə əldə edilən nəticələr elektron dövlət mühitində, virtual məkanda uşaq və yeniyetmələrin İnternet təhlükələrdən qorunması üçün Milli Təhlükəsiz İnternet Mərkəzinin qurulması və səmərəli fəaliyyəti üçün əhəmiyyətlidir (səh.138-149).

Açar sözlər:təhlükəsiz İnternet, məlumatlandırma mərkəzləri, zərərli məlumatlar, informasiya təhlükəsizliyi.
DOI : 10.25045/jpis.v12.i1.13
Ədəbiyyat
  • MacFarlane K., Holmes V. Agent-Mediated Information Exchange: Child Safety Online / International Conference on Management and Service Science, 2009, pp. 1–5.
  • Smahel D., Machackova H., Mascheroni G., Dedkova L., Staksrud E., Ólafsson K., Livingstone S., Hasebrink U. EU Kids Online 2020: Survey results from 19 countries. EU Kids Online, 2020, doi: 10.21953/lse.47fdeqj01ofo
  • IWF 2019 Annual Report, https://www.iwf.org.uk
  • Mahmudova R., Allahverdiyeva S. Elektron mühitdə gənc nəslin təhlükəsizliyinin təmin edilməsi problemləri// “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı, 4 dekabr, 2014, s.185-188.
  • Əliquliyev R.M., İmamverdiyev Y.N., Yusifov F.F. Cəmiyyətin informasiya təhlükəsizliyinə dair bəzi konseptual baxışlar // İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 3-9.
  • Safer İnternet Programmer, https://www.saferinternet.org
  • A European Strategy to deliver a Better Internet for our Children, https://ec.europa.eu/digital-single-market/en/european-strategy-better-internet-children
  • European Safer Internet Centre resources in response to COVID-19, https://www.betterinternetforkids.eu
  • Safer internet day, https://www.betterinternetforkids.eu/web/portal/safer-internet-day
  • Internet governance forum, https://www.betterinternetforkids.eu/web/portal/policy/internet-governance-forum
  • General Data Protection Regulation, https://gdpr-info.eu
  • Lievens, E., and Milkaité, I. Age of Consent in the GDPR: Updated Mapping of Recent National Guidance and Proposals. Better Internet for Kids, 2017, https://biblio.ugent.be/publication/8528973/file/8528974.pdf 
  • Better Internet for Kids, https://www.betterinternetforkids.eu
  • United Kingdom Safer Internet Centre, https://www.betterinternetforkids.eu/web/united-kingdom/profile
  • Kindergarten, https://www.saferinternet.at/zielgruppen/lehrende/kindergarten
  • Romanian Safer Internet Centre, https://www.betterinternetforkids.eu/web/romania/profile
  • German Safer Internet Centre, https://www.betterinternetforkids.eu/sic/germany
  • Солдатова Г.У., Шляпников В.Н., Журина М.А.. Эволюция онлайнрисков: итоги пятилетней работы линии помощи «дети онлайн» // Консультативная психология и психотерапия, 2015, № 3, ст. 50-66.
  • Əliquliyev R.M. İmamverdiyev Y.N., Mahmudov R.Ş. İnformasiya təhlükəsizliyi milli təhlükəsizliyin mühüm komponenti kimi // İnformasiya cəmiyyəti problemləri, 2020, №1, 3-25.
  • Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya, https://president.az/articles/11312
  • “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunu” 30 oktyabr 2018-ci il, http://www.e-qanun.az/framework/40764
  • Elektron Təhlükəsizlik Xidməti, https://cert.az/