AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
ELM VƏ TƏHSİLİN İNTEQRASİYASINDA İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ ROLU VƏ PERSPEKTİVLƏRİ (azərb.)
Əliquliyev Rasim M., Mahmudov Rasim Ş.

Məqalədə elm və təhsilin inteqrasiyasında İKT-nin imkanları araşdırılır. Elmi biliklərin təhsil prosesinə transformasiyası, İKT-nin imkanlarına əsaslanan yeni təhsil modellərinin tətbiqi ilə bağlı problemlər təhlil olunur və onların həlli yolları göstərilir. Eləcə də, ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin olunması üçün zəruri olan kiberəsgərlərin hazırlanmasının zəruriliyi əsaslandırılır. Həmçinin Azərbaycanda elm və təhsilin inteqrasiyası üçün AMEA-nın bütün elmi müəssisə və təşkilatlarını vahid infrastrukturda birləşdirən AzScienceNet elm-kompüter şəbəkəsinin imkanlarından səmərəli istifadə edilməsinə dair təkliflər irəli sürülür (səh.98-104).

Açar sözlər:elm və təhsilin inteqrasiyası, fasiləsiz təhsil, distant təhsil, kiberəsgərlər, AzScienceNet.
DOI : 10.25045/jpis.v08.i1.11
Ədəbiyyat
  • Əliquliyev R.M. Elm və təhsilin əsas vəzifələrindən biri informasiya cəmiyyətinin qurucularını yetişdirməkdir, http://ict.az/az/news/1991
  • “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, 29 dekabr 2012-ci il, http://www.president.az/files/future_az.pdf
  • “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”, 2 aprel 2014-cü il, http://president.az/articles/11312
  • Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi, 6 dekabr 2016-cı il, http://www.president.az/articles/22382
  • "Azərbaycanda kiberəsgərlər yetişdirmək lazımdır" - Rasim Əliquliyev, http://news.milli.az/country/501372.html
  • Əliquliyev R.M. Ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında AzScienceNet böyük imkanlara malikdir, http://www.science.gov.az/news/open/4959
  • “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”, http://mdi.gov.az/files/uploader/milli_strategiya.doc
  • Ələkbərov R.Q. AzScienceNet elm-kompüter şəbəkəsi: inkişaf mərhələləri, İnternet xidmətləri və perspektivləri // İnformasiya cəmiyyəti problemləri, 2016, №1, 12–22.