AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
İQTISADİ İNKİŞAFIN İNKLÜZİVLİK XÜSUSİYYƏTLƏRİ VƏ ONUN FORMALAŞMASI SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN METODOLOJİ ƏSASLARI
Əliquliyev Rasim M., Əliyev Əlövsət Q.

Hazırkı dövrün kompleks təhlili cəmiyyətin və iqtisadiyyatın inkişaf dinamikasında və onun qiymətləndirilməsində bəzi ziddiyyətlərin olmasını göstərmişdir. Bu ziddiyyətlər cəmiyyət həyatının daha vacib sahələrinə diqqət yetirməyi tələb etmişdir. Təqdim olunan iş də iqtisadi inkişafın inklüzivlik xüsusiyyətlərinin təhlili, onun formalaşma səviyyəsinin qiymətləndirilməsi və yüksəldilməsinin metodoloji problemlərinin tədqiqi haqqındadır. Məqalədə cəmiyyətin və iqtisadiyyatın yeni inkişaf meylləri və istiqamətləri konteksində onun inklüziv inkişafının əhəmiyyəti və xüsusiyyətləri şərh olunmuşdur. İqtisadi inkişafın qiymətləndirilməsi üçün onun elmi-nəzəri əsaslarına yeni baxışın zəruriliyi əsaslandırılmışdır. Bu istiqamətdə inklüziv inkişaf problemləri üzrə mövcud elmi-tədqiqat işlərinin analizi aparılmışdır. Cəmiyyətin inklüziv inkişafını xarakterizə edən çoxsəviyyəli indikatorlar və subindekslər sistemi təklif olunmuşdur. İndikatorlar sisteminə kompleks yanaşma əsasında həm mikro səviyyədə mövcud olan statistik informasiya, həm də hesabatlara birbaşa daxil olmayan göstəricilər əlavə edilmişdir. İnklüziv cəmiyyətin və iqtisadiyyatın formalaşması səviyyəsinin milli və beynəlxalq səviyyədə qiymətləndirilməsi məsələləri araşdırılmışdır. Azərbaycanda milli inklüziv inkişaf indeksinin formalaşdırılmasına və inkişafın inklüzivliyinin beynəlxalq səviyyədə qiymətləndirilməsinə diqqət yetirilmişdir. Tədqiqatlar nəticəsində inklüzivlik səviyyəsinin qiymətləndirilməsinin metodoloji əsasları şərh olunmuş və metodika işlənilmişdir. Beynəlxalq səviyyədə təklif olunan metodikalardan əhatəlilik baxımından xeyli dərəcədə fərqlənən bu metodika vasitəsilə cəmiyyətin və iqtisadiyyatın inklüzivlik səviyyəsi daha effektiv hesablana bilər. İqtisadi inkişafın inklüzivlik səviyyəsinin yüksəlməsinə təsir edən amillər göstərilmiş və bəzi tövsiyələr verilmişdir. Həmin tövsiyələrin nəzərə alınması ölkə iqtisadiyyatının inkişafına səbəb ola bilər (səh.46-63 ).   

Açar sözlər:iqtisadi inkişafın inklüzivliyi, iqtisadi artım, inklüzivlik səviyyəsi və indeksi, inklüzivlik göstəriciləri, inklüzivliyin qiymətləndirilməsi, inklüzivlik problemləri.
DOI : 10.25045/jpis.v11.i1.04
Ədəbiyyat
  • “Azərbaycan - 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası. Bakı, 29 dekabr 2012-ci, http://www.president.az
  • Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya, http://www.president.az.
  • Jonasson C., Lauring J., Guttormsen D. Inclusive management in international organizations: How does it affect local and expatriate academics? // Personnel review,  2018, vol.47, is. 2, pp.458-473.   
  • Симакова Л.Д., Казимирский М. Экономическая устойчивость стран большой G20 и инклюзивный рост // Инновации и инвестиции, 2018, №6, с. 94-97.
  • Besarion , Ponomareva S., Ugnich E. E-learning in higher inclusive education: needs, opportunities and limitations // International journal of educational management,  2019, vol.33, is. 3, pp.424-437.  
  • Borner K., Rouse W.B., Trunfio P.et al. Forecasting innovations in science, technology, and education // Proceedings of the national academy of sciences of the United States of America, 2018, vol.115, is. 50, pp.12573-12581.   
  • Григорьев Л. Азербайджан: Ресурсная модель экономического роста. Бюллетень о текущих тенденциях мировой экономики // Аналитический центр при правительстве РФ, 2018, выпуск №39, с.1-16.
  • Mazur A., Kubai O. Scientific-methodological and practical principles of regional economic systemsintegration // Baltic journal of economic studies,  2019, vol.5, is. 2, pp.117-123.   
  • Pasinetti L.L. Causality and interdependence in econometric analysis and in economic theory // Structural change and economic dynamics,  2019, vol.49, pp. 357-363.   
  • Lyytinen K., Yoo Y., Boland R.J. Digital product innovation within four classes of innovation networks // Information systems journal,  2016, vol.26, is. 1, pp.47-75.
  • Папава В. О кризисе в экономической науке и путях выхода из него // Экономика Украины, 2018, №10, с.32-52.
  • Alguliyev R.M., Aliyev A.G., Abbasova V.A. The study of formation characteristics and development tendencies of international information and knowledge economy // Review of knowledge economy, 2017, vol.4, No.1, pp.7-14.
  • Sipior J.C. ICT for global competitiveness and economic growth in emerging economies // Information systems management,  2017, vol.34, is. 4, pp.303-303. 
  • Zaytsev A.G., Plakhova L.V., Legostaeva S.A. et al. Establishment of information economy under the influence of scientific and technical progress: New challenges and possibilities / 5th national scientific and practical conference on perspectives on the use of new information and communication technology (ICT) in the modern economy. Russia,  Book Series: Advances in intelligent systems and computing, vol.726, pp.3-10. 
  • Вишняков М.А. От концепции устойчивого развития к инклюзивному зеленому росту // Экономика и предпринимательство, 2018, № 6(95), с.149-156.
  • Лясковская Е.А., Григорьева К.А. Рейтинг инклюзивного развития макрорегионов Российской Федерации // Вестник ЮУрГУ. Серия Экономика и менеджмент, 2018, т. 12, №2, с. 45–54.
  • Pouw N., Gupta J. Inclusive development: a multi-disciplinary approach // Current opinion in environmental sustainability,  2017, vol.24, pp.104-108.  
  • Gupta J., Pouw N. Towards a trans-disciplinary conceptualization of inclusive development // Current opinion in environmental sustainability, 2017, vol. 24, pp.96-103.   
  • Haugen H.M. Social struggle - for inclusive development and avoiding violent conflict? // Forum for development studies, 2018, vol. 45, is. 1, pp.143-165.  
  • Gupta J., Vegelin C. Sustainable development goals and inclusive development // International environmental agreements-politics law and economics, 2016, vol.16, issue 3, pp.433-448. 
  • Pouw Nicky R.M., Bruijne Ad. Strategic governance for inclusive development introduction // European journal of development research, 2015, vol. 27, is. 4, pp.481-487.
  • Frank P. Managing technological change for inclusive growth // Cambridge journal of economics 2018, pp.1-9.
  • Songping Z., Azhong Ye. Does foreign direct investment improve inclusive green growth? Empirical evidence from China // Economies, 2018, vol.6, 44, http://www.mdpi.com/journal/economies.
  • Caizhi S., Ling L., Yanting T. Measuring the inclusive growth of China’s coastal regions // Sustainability, 2018, vol.10, Article Number: 2863, pp.1-15.
  • Dai E. China's inclusive development strategy and its effect on regional disparity // Journal of chinese economic and business studies. 2016, vol.14, issue 3, pp.263-278. 
  • Aoyama Y., Parthasarathy B. When both the state and market fail: inclusive development and social innovation in India // Area development and policy,  2018, vol.3, issue 3, pp.330-348.  
  • Andersen A.D., Andersen P.D. Foresighting for inclusive development // Technological forecasting and social change, 2017, vol.119, pp.227-236.   
  • Daniels C.U., Ustyuzhantseva O., Yao W. Innovation for inclusive development, public policy support and triple helix: perspectives from BRICS // African journal of science technology innovation & development, 2017, vol.9, issue 5, Special Issue: SI, pp.513-527.   
  • Cichowicz E., Rollnik-Sadowska E. Inclusive growth in CEE countries as a determinant of sustainable development // Sustainability, 2018, 10, 3973, pp.1-23.
  • Simplice, Ndemaze A. The comparative exploration of mobile money services in inclusive development // International journal of social economics, 2018, vol.45, issue 1, pp.124-139.
  • Boon-Kwee, Kanagasundram T., Chan-Yuan W. et al. Innovation for inclusive development in Southeast Asia: the roles of regional coordination mechanisms // Pacific review, 2016, vol.29, issue 4, pp. 573-602. 
  • Kartseva V.V., Remnova L.M. Conceptual bases of financial controlling in the Ukrainian system of consumer cooperatives in the context of the inclusive development paradigm // Scientific bulletin of Polissia, 2017, issue 3, pp.113-118.
  • Bogolib T. Ensuring smart, sustainable, inclusive development of the regions of Ukraine in the conditions of structural crisis // Baltic journal of economic studies, 2016, vol.2, issue 3, pp.10-16.  
  • Черкасов В.В., Жданов Д.А. Инклюзивное развитие России: факторы промышленного роста // Экономические науки, 2018, №7(164), c.35-40.
  • Sharafutdinov R., Gerasimov V., Akhmetshin E., et al. Inclusive development index in Russia: analysis, methods, possibility of application  //  National academy of managerial staff of culture and arts herald, 2018, is. 2, pp.1-4.
  • International Monetary Fund (IMF), http://www.imf.org/external/index.htm
  • The Inclusive Development Index 2018, World economic forum-2018, http://www.weforum.org
  • Əliyev Ə.Q. İqtisadi inkişafın inklüzivlik səviyyəsinin yüksəldilməsində İKT və onun təhlükəsizliyi problemləri / “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı, Bakı, 14 dekabr 2018, s.185-189.
  • Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu, http://www.president.az/articles/29521.