AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
İNTERNET MÜHİTİNDƏ “YIRTICI” JURNALLARI AVTOMATİK TƏYİN EDƏN ANTİYIRTICI SİSTEMİN YARADILMASI KONSEPSİYASI
Əliquliyev Rasim M., Həsənova Rahilə Ş., Əsgərov Firudin Ş.

Müasir dövrdə tədqiqatçının məqalələrinin nüfuzlu jurnallarda dərc olunması onun akademik cəmiyyət tərəfindən qəbul edilməsinin göstəricisidir. Bu məqsədlə hər bir tədqiqatçı elmi bazalarda indeksləşən jurnallarda məqalə nəşr etdirməyə çalışır. Elmi jurnalların sürətlə artdığı bu dövrdə tədqiqatçının etibarlı nəşriyyat seçməsi, keyfiyyətli jurnalda məqalə çap etdirməsi çox əhəmiyyətli məsələlərdəndir. Hal-hazırda elmi məqalələri nüfuzlu jurnallarda çap etdirmək üçün ciddi  tələblər mövcuddur. Bu isə saxta, oğurlanmış, yırtıcı jurnal və nəşriyyatların sayının artmasına səbəb olur. Bir çox xarici ölkələrdə olduğu kimi Azərbaycanda da elmi fəaliyyətlə məşğul olan tədqiqatçıların qarşılaşdığı əsas problemlərdən biri saxta jurnalların tələsinə düşmə təhlükəsinin mövcudluğudur. Elmi müəssisə və təşkilatların qarşısında duran əsas məsələlərdən biri bu tip jurnal və nəşriyyatların tələsinə düşməməkdir. Məqalədə yırtıcı jurnallar və nəşriyyatları xarakterizə edən əlamətlər haqqında geniş məlumat verilmiş, nümunələr göstərilmişdir. Burada həmçinin oğurlanmış jurnallar və saxta qiymətləndirmə indeksləri araşdırılmışdır. Qeyd olunan xoşagəlməz hallarla rastlaşmamaq üçün beynəlxalq təcrübəyə əsaslanaraq yırtıcı jurnalları avtomatik təyin edən antiyırtıcı sistem haqqında konsepsiya irəli sürülmüşdür. Təklif olunan sistem jurnalın keyfiyyətli və ya yırtıcı olmasını ayırd etmək məqsədi ilə elmi təşkilatlarda, ali təhsil müəssisələrində və s. geniş tətbiq edilə bilər (səh.96-102).

Açar sözlər:yırtıcı jurnal; oğurlanmış jurnal; yırtıcı nəşriyyat; saxta qiymətləndirmə; antiyırtıcı sistem.
DOI : 10.25045/jpis.v11.i1.08
Ədəbiyyat
  • Səidova M., İsmayılova N., Həsənova R.Ş., Əsgərov F.Ş. “Yırtıcı jurnallar”dan qorunma yolları / “İnformasiya təhlükəsizliyinin aktual problemləri” III respublika elmi-praktiki seminarı, 08 dekabr 2017-ci il, s. 81-83.
  • Həsənova R.Ş., Əsgərov F.Ş. İnternet mühitdə “yırtıcı” jurnalların avtomatik tanınması üçün intellektual sistemin yaradılmasının konseptual əsasları haqqında / “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktiki problemləri” IV respublika konfransı, 14 dekabr 2018-ci il, s. 165-168.
  • Həsənova R.Ş., Əsgərov F.Ş. “Yırtıcı” jurnalları xarakterizə edən xüsusiyyətlərin identifikasiyası // İnformasiya cəmiyyəti problemləri, 2018, №2, s. 97-106.
  • Beall J. Predatory publishing is just one of the consequences of gold open access // Learned Publishing, 2013, vol.26, no.2, pp.79-83.
  • Beall J. Predatory publishers are corrupting open access // Nature, 2012, vol.489, no.7415, http://www.nature.com/news/predatory-publishers-are-corrupting-open-access-1.11385.
  • Beall J. Essential information about predatory publishers and journals. International Higher Education, 2016, http://www.ejournals.bc.edu /ojs/index.php/ihe/article
  • Laine Ch., Winker M.A. Identifying Predatory or Pseudo-Journals // Biochemia Medica, 2017, vol.27, no 2, pp.285-291.
  • Hijacked Journals, http://www.beallslist.weebly.com/hijacked-journals.html
  • Criteria for Determining Predatory Open-Access Publishers., http://www.scholarlyoa.files.wordpress.com/2012/11/criteria-2012-2.pdf.
  • Severin A., Low N. Readers beware! Predatory journals are infiltrating citation databases // International Journal of Public Health, vol.64, pp.1123-1124.
  • Chavarro, Ràfols I., Tang Y. To what extent is inclusion in the Web of Science an indicator of journal ‘quality’? // Research Evaluation, vol.27, no.2, pp.106-118.
  • Think. Check. Submit, http:www//thinkchecksubmit.org