AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
İNTERNET MƏKANINDA REKLAM-MARKETİNQİN SƏMƏRƏLİLİYİNİN ARTIRILMASINDA SENTİMENT ANALİZ TEXNOLOGİYALARININ TƏTBİQİ HAQQINDA
Haşımova Kəmalə K.

Məqalədə sentiment analiz texnologiyaları araşdırılmış, istehlakçı və istehsalçı arasında münasibətlərin analizində əsas göstəricilər müəyyənləşdirilmişdir. İnternet resurslarının artan həcminin əhval-ruhiyyəyə və satışa təsiri araşdırılmışdır. Müxtəlif kateqoriyalı insanların eyni məhsula müxtəlif yanaşma tərzi və sosial şəbəkələrdə müraciətlərə görə müştərilərin maraqları NetBase Insight Composer platforması vasitəsi ilə araşdırılmışdır. Müasir dövrdə biznes sektoru, reklam-marketinq sahələri informasiya texnologiyalarının imkanlarından istifadə etməklə inkişaf etdirilir. İnternet mühitində onlayn marketinq saytlarının hazırlanmasında, sosial şəbəkələr vasitəsilə məhsul satışında, turizm sektoru, həmçinin digər sahələrin inkişafında sentiment analizin özünə məxsus yeri vardır. Tərəflərin münasibət qurmasında əhval ruhiyyənin önəmli olduğunu nəzərə alaraq internet resursları üzərində sentiment analiz metodları araşdırılmışdır. Müəyyən edilmişdir ki, sentiment analiz metodlarının tətbiqi reklam-marketinqin səmərəliliyinin artırılmasında rol oynamışdır. Reklam və marketinq sahəsində aparılan araşdırmaları iqtisadiyyatın inkişafına müsbət təsir göstərir. Məqalənin hazırlanmasında mövzu üzrə problemlərin və onların həll yollarının elmi analizi, nəticələrin ümumiləşdirilməsi və sistemli yanaşma metod və metodologiyalarından istifadə edilmişdir. Tədqiqat nəticələrindən məlum olur ki, internet məkanında reklam-marketinqin səmərəliliyinin artırılması üçün sentiment analiz texnologiyalarının tətbiq perspektivləri öyrənilməlidir. Ölkədaxili onlayn alış-veriş saytlarına diqqəti artırmaqla daha çox nailiyyət ədə etmək, reklam və marketinq sahəsində alıcı auditoriyasını genişləndirməklə iqtisadiyyatın inkişafına nail olmaq olar., Əgər məhsulları xarici saytlardan deyil yerli saytlar vasitəsi ilə əldə etmək mümkündür. Bu yolla ölkədən valyuta axınının qarşısını almaq, daxili bazarın keyfiyyətini artırmaq, əhalinin rifah halını yüksəltmək mümkündür (səh. 116-124).

Açar sözlər:reklam-marketinq, sentiment analiz, internet reklam, sosial şəbəkələr, əhval-ruhiyyə, brend məhsul, emosiya.
DOI : 10.25045/jpis.v11.i2.10
Ədəbiyyat
  • Lieban What Is Social Sentiment Analysis?, Sentiment Analysis,
    https://www.netbase.com/blog/what-is-social-sentiment-analysis/
  • Pang B., Lee L., Vaithyanathan Sh. Thumbs up? Sentiment Classification using Machine Learning Techniques // Empirical Methods in Natural Language Processing 2002, pp. 79–86.
  • Прохоров А., Керимов А., Сентимент-анализ и продвижение в социальных медиа // Компьютер Пресс, 2012, https://compress.ru/article.aspx?id=23115&iid=1064
  • Omar L., Models Implications for Cultural Analysis in Sociology // Sociological Theory, 2016, vol. 34, no. 4, pp. 287–310.
  • Warren D.T., A General Theory of Emotions and Social Life, 2006, Routledge, 336 p.
  • Sobkowicz P., Kaschesky M., Bouchard G. Opinion mining in social media: Modeling, simulating, and forecasting political opinions in the web // Government Information Quarterly, 2012, vol.29, no.4, pp.470–479.
  • Tront, Marchany R., E-Commerce Security Issues / Proceedings of the 35th Annual Hawaii International Conference on System Sciences, 2002, vol.7, pp.193
  • Гашымова К.К. Branding and its importance for internet advertising / International conference on European science and technology, Munich, 2013, c. 389-393.
  • Geeraerts D. Theories of Lexical Semantics, Oxford University Press, 2009, 384 p.
  • Alguliyev R.M., Aliguliyev R.M., Alakbarova I.Y. Extraction of hidden social networks from wiki-environment involved in information conflict // International Journal of Intelligent Systems and Applications, 2016, vol.8, no.2, pp. 20–27.
  • Alguliev R.M., Aliguliyev R.M. Automatic text documents summarization through sentences clustering // Automation and Information Sciences, 2008, vol.40, no.9, pp.53–63.
  • Premchandani S., Pise M., Wankhede A. Artificial Intelligence and Opinion Mining // Journal of Artificial Intelligence, 2012, vol.3, no.2, pp.102–105.
  • Godbole N., Srinivasaiah M., Skiena S. Large-Scale Sentiment Analysis for News and Blogs / Proceeding of the International Conference on Weblogs and Social Media, 26–28 March, 2007, pp.39–41.
  • Əliquliyev R.M., Ələkbərova İ.Y., Emosional tonallığın analizi metodları haqqında // İnformasiya texnologiyaları problemləri, 2018, №1, 3-15.
  • NetBase, Next Generation Artificial Intelligence, https://www.netbase.com
  • Oatley K. Best Laid Schemes: the Psychology of Emotions. Cambridge University Press, 1992, 445 p.
  • Белов А., Анализ настроений, как торговый инструмент, 2018,
    https://www.cryptocurrency tech/analiz-nastroenij-kak-torgovyj-instrument
  • Симонов П.В., Эмоциональный мозг. M.: Наука, 1981, 166 с.
  • Андреева А.Н., Никитина М.С., “Бренд-менеджмент”, Сентимент-анализ брендов в российской блогосфере как инструмент маркетинговых исследований, http://www.luxurytheory.ru
  • Агаджанов М. Кунсткамера: Е-метр – саентологический прибор для измерения «тэтанов», 2018, https://habr.com/ru/post/417751/
  • Отчет о биткойн-настроениях, https://www.crypto-sentiment.com
  • Эрнст Анализ ощущений и отношение физического к психическому, М., Издательский дом «Территория будущего», 2005, 304 с.