AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
İNFORMASİYA SİSTEMLƏRİNDƏ FƏRDİ MƏLUMATLARIN HƏYAT TSİKLİNİN TƏNZİMLƏNMƏSİ PROBLEMLƏRİ
Əliyev E.A.

Ölkədə fərdi məlumatların təyinat, zaman və məkanca paylanmış müxtəlif informasiya resursları fəaliyyət göstərir və yeniləri yaradılır. Dövlət, biznes və ictimai sektorlarda əhaliyə göstərilən xidmətlər zamanı eyni şəxs barədə lazım olan fərdi məlumatların paylanmış resurslardan bir pəncərə prinsipi ilə və onlayn rejimdə əldə edilməsi üçün məlumatların uzlaşdırılması zərurəti yaranır. Bu məqsədlə milli elektron informasiya məkanında fərdi məlumatlar seqmentinin formalaşdırılması nəzərdə tutulur. Bu tədqiqat işində fərdi məlumatların mahiyyəti, mühafizəsinin spesifikliyi, onların həyat tsiklinə təsir edən amillər, bu sahəni tənzimləyən normativ hüquqi mühit araşdırılır, bir sıra kritik problemlər identifikasiya edilir. (səh. 56-68)

Açar sözlər:fərdi məlumatlar, fərdi məlumatların həyat tsikli, fərdi məlumatların mühafizəsi, e-məkanın fərdi məlumatlar seqmenti, əhalinin dövlət reyestri, e-vətəndaşın “şəffaflaşması” riskləri.
Ədəbiyyat
  • “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu, 30.09.2005-ci il, http://www.e-qanun.gov.az
  • “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu, 11.05.2010-ci il, http://www.e-qanun.gov.az
  • “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının Qanunu, 13.06.2008-ci il, http://www.e-qanun.gov.az
  • Azərbaycan Respublikasında biometrik eyniləşdirmə sisteminin yaradılması üzrə 2007-2012-ci illər üçün Dövlət Proqramı. Azərbaycan Respublikası Prezidentinin 13.02.2007-ci il 1963 №-li Sərəncamı.
  • Council of Europe Convention #108 “the Convention for the Protection of Individuals with regard to Automatic Processing of Personal Data”, Strasbourg, 28.I.1981
  • Avropa Şurasının 28.01.1981-ci tarixli 108 №-li konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 30.09.2009-cu il tarixli 879-IIIQ №-li qanunu, http://www.e-qanun.gov.az
  • Əhalinin dövlət reyestri haqqında Azərbaycan Respublikası qanunu, 21.04.2006-ci il, http://www.e-qanun.gov.az
  • “Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə. Azərbaycan Respublikası Prezidentinin 22.04.2008-ci il tarixi 744 №-li fərmanı.