MÜƏLLİFLƏR ÜÇÜN
Redaksiyaya daxil olan məqalə kağız və elektron formada təqdim olunmalıdır.
Məqalə hazırlanarkən aşağıdakı tələblər nəzərə alınmalıdır:
- Məqalə ingilis dilində hazırlanmalıdır.
- Məqalə Microsoft Word mətn redaktorunda A4 formatında (soldan, yuxarıdan, aşağıdan - 1,7 sm və sağdan - 2,2 sm), Palatino Linotype şrifti ilə 10 pt ölçüdə, vahid sətirarası intervalla və mətn daxili yazıda 0,5 sm abzas buraxmaqla hazırlanmalıdır.
- Məqalənin mətninin aşağıdakı bölmələrdən ibarət olması tövsiyə olunur:
- Giriş (məsələnin aktuallığı, problemin hazırkı vəziyyəti)
- Tədqiqatın məqsədi, məsələnin qoyuluşu
- Məsələnin həll üsulları və aprobasiyası
- Alınan nəticələrin tətbiqi
- Nəticə
- Məqalə aşağıdakı ardıcıllıqla hazırlanmalıdır: məqalənin adı - ortadan, birinc hərf böyük, qalın şriftlə, şriftin ölçüsü 16 pt, sonda 12 pt interval; müəlliflərin soyadı və inisialları - ortadan, kursiv və qalın şriftlə, şriftin ölçüsü 12 pt.; müəlliflərin iş yeri, ünvanı, şəhər və poçt indeksi, ölkə - ortadan, şriftin ölçüsü 8 pt, sonda 6 pt interval; e-maillər – ortadan, şriftin ölçüsü 8 pt, sonda 6 pt interval; xülasə və açar sözlər – alt-alta cədvəldə verilməlidir; giriş və digər başlıqlar - soldan, qalın şriftlə, şriftin ölçüsü 12 pt, əvvəlində və sonunda 12 pt intervalla 2 sütunda verilməlidir; Alt başlıqlar – soldan, kursiv və qalın şriftlə, şriftin ölçüsü 9 pt, əvvəlində və sonunda 10 pt. intervalla verilməlidir. Məqalə 6 səhifədən az və 12 səhifədən artıq olmamalıdır. Məqalədə sətirlərarası interval 1, xülasəsində sözlərin sayı 150-200 arasında olmalıdır. Məqalədə açar sözlərin sayı 6-8 aralığında olmalıdır.
- Ədəbiyyat siyahısı: istinadların APA style uyğun olaraq hazırlanır.
- Məqalədə cədvəl və şəkillər nömrələnir: cədvəl - cədvəlin yuxarısında, ortadan (məs., Cədvəl 1.), qalın şriftlə, əvvəlində 12 pt, sonunda 6 pt intervalla, şəkil - şəklin altında, soldan (məs., Şək. 1.), qalın şriftlə, əvvəlində 6 pt, sonunda 12 pt intervalla verilməlidir.
- Düsturlar Microsoft Equation-də standart parametr ilə yığılır. Mətndə ancaq istifadə olunan düsturlar nömrələnir. Düsturun nömrəsi sağda mötərizədə yazılır.
- Redaksiyaya məqalə göndərildikdə müəlliflər haqqında məlumat: soyadı, adı, atasının adı, elmi dərəcəsi, elmi rütbəsi, iş yeri, vəzifəsi, telefon nömrəsi, e-mail ünvanı da təqdim olunmalıdır.
- Məqalədə göstərilən məlumat və faktlara görə müəllif məsuliyyət daşıyır.
- Redaksiyaya daxil olan məqalələr rəyə təqdim edilir və müsbət rəy almış məqalələr çapa tövsiyə olunur.
- Jurnalda məqalələrin nəşri pulsuzdur.
Redaksiyanın ünvanı: Az1141, Bakı şəh., B. Vahabzadə küç., 9A, AMEA İnformasiya Texnologiyaları İnstitutu, «İnformasiya Cəmiyyəti problemləri» jurnalının redaksiyası.
E-poçt ünvanı: shafagat_57@mail.ru, shafagat@gmail.com, journalitpicp@gmail.comi, icp@iit.science.az