AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
MİLLİ İNFORMASİYA MƏKANININ ARXİTEKTUR VƏ SEQMENTLƏŞDİRİLMƏSİ MODELİ (azərb.)
Əliyev Elçin A.

Milli elektron informasiya məkanı (milli e-məkan) – tərkibində müxtəlif kateqoriyalı, o cümlədən fərdi məlumatlar olan paylanmış informasiya resurslarından, menecment sistemlərindən, normativ tələblərdən, infrastruktur və prosedurlardan, habelə onlar arasında qarşılıqlı təsir (münasibət) sxemlərindən ibarət mürəkkəb obyektdir. Bu mürəkkəblik həmin obyektin menecmenti probleminə “obyekt yönümlü” yanaşmanı və dekompozisiya  prinsipinin tətbiqi zərurətini yaradır. Bu tədqiqat işində milli e-məkanın arxitektur modelinin baza komponentləri identifikasiya edilir və seqmentləşdirilir; milli    e-məkanda fərdi məlumatlar seqmenti modelləşdirilir, onun menecment sistemi, e-dövlətin “əhali” domeni üçün funksionallıq sxemləri identifikasiya edilir; fərdi məlumatlar seqmentində sahəvi (qurumlararası) informasiya sistemlərinin arxitekturu və e-dövlətin “əhali” domenində e-xidmət modelləri üçün həllər təklif edilir. (səh. 69-77)

Açar sözlər:milli e-məkan, seqmentləşdirmə, e-məkanda marşrutlandırma sistemi, e-dövlət, e-xidmət, virtual-IDCard, fərdi məlumatlar
Ədəbiyyat
  • “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan qəzeti, Bakı, 1998-ci il 23 iyun, № 141.
  • “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, Azərbaycan qəzeti, Bakı, 2003-cü il 18 fevral, № 38.
  • “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”, Azərbaycan qəzeti, Bakı, 2005-ci il 22 oktyabr, № 245.
  • “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (e-Azərbaycan)”, Azərbaycan qəzeti, Bakı, 2010-cu il 12 avqust, № 174.
  • “Azərbaycan Respublikasında 2010-2011-ci illərdə Elektron hökumətin formalaşdırılması üzrə Fəaliyyət Proqramı”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 may tarixli 136s nömrəli sərəncamı, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, № 50 (479), 31 May-2010-cu il.
  • ISO-21500 “Guidance on project management”, 2012, 36 p.
  • ISO-9001 “Quality management systems – Requirements”, 2008, 27 p.
  • Əliyev E.A. İnformasiya sistemlərində fərdi məlumatların həyat tsiklinin tənzimlənməsi problemləri // İnformasiya cəmiyyəti problemləri, 2013, №2(8), s. 67-76.
  • Буханцева Н.В. Методология исследования информационного пространства // Образовательные технологии и общество, 2011, том 14, № 2, с, 373-381.