E - TƏHSİL KONSEPSİYASINA DAİR BƏZİ BAXIŞLAR
Kiberməkanda e-təhsil fərdin əldə etdiyi biliklərin sorğu, analiz, sintez baxımından dəyərini daha da artırır. Ənənəvi təhsildən fərqli olaraq informasiya texnologiyaları təhsil aktorlarının rollarını dəyişdirir. Belə ki, e-təhsildə hər bir aktiv iştirakçı davamlı öyrənən, təhsil mühitini layihələndirən və inkişaf etdirən dinamik bir üzvdür. Burada söhbət həm də demokratik təhsil, çoxyönümlü iştirak, bərabər mövqe və qarşılıqlılıq prinsipindən gedir. E-təhsil qloballaşma fenomeni olaraq təhsil sisteminin bütün digər sahələrində olduğu kimi, idarəetmə məsələlərində də keyfiyyət dəyişikliklərinə gətirib çıxarır (səh.50-54).
Açar sözlər:e-təhsil, şəbəkə təhsili, distant təhsil, e-təhsil mühiti, ömürboyu təhsil.
Ədəbiyyat
- http://www.president.az/files/future_az.pdf
- http://www.fatihprojesi.meb.gov.tr
- Leonard D. "The Web, The Millennium and Digital Evolution of Distance Education", Technical Communication Quarterly, Winter 1999, Vol. 8, Issue 1.
- Вербицкий А.А. Новая образовательная парадигма и контекстное обучение, М., 1999, 75 с.
- Wagner T., The Global achievement Gap, New York, 2010.
- Bloom B.S. İnsan Nitelikleri ve Okulda Öğrenme. Çev. Durmuş Ali Özçelik D.A., İstanbul: 1998.
- Von Furstenberg C. “How Globalisation Has Changed The Playing Field”, UNESCO Source, April 2000, Issue 122.
- Schunk D.H., Öğrenme teorileri eğitimsel bir bakışla. Çeviri editorü Şahin M., İstanbul, 2011.
- Флорида Р. Креативный класс: Люди, которые меняют будущее, М.: Изд. Дом.“Классика – XXI”, 2011.