AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
ƏTRAF MÜHİTİN AKUSTİK KÜY ÇİRKLƏNMƏSİ: PROBLEMLƏR VƏ HƏLLƏR
Ələkbərov Rəşid Q., Ağayev Bikəs S.

Məqalə ətraf mühitin akustik küy çirklənməsi problemlərinə və həlli yollarının araşdırılmasına həsr edilmişdir. Bu problemlərin həllinin aktuallığı və qlobal əhəmiyyəti BMT-nin dünyanın gələcək dayanıqlı inkişafı və ekoloji problemlərin həllinə aid “Dayanıqlı inkişaf konsepsiyası”-na və digər nüfuzlu təşkilatların hesabatlarına istinad edilərək əsaslandırılır. Xüsusilə, akustik küy çirklənməsinin ətraf mühit və insan sağlamlığı üçün yaratdığı potensial təhlükələrin şərhinə xüsusi diqqət yetirilir. Akustik küyün təhlükəsizlik amilinə əsaslanan təsnifatı təklif edilmişdir. Küyün fiziki mahiyyəti, insan sağlamlığı üçün yaratdığı potensial təhlükələr, küy parametrlərinin normalaşdırılması problemləri və normaları, küylə bağlı münasibətləri tənzimləyən beynəlxalq, regional və milli qanunvericilik aktlarının əsas müddəalarının müqayisəli təhlilinin qısa şərhi verilmiş, küy monitorinqi prosesi, küy parametrlərinin ölçülməsi və hesablanması texnikası, monitorinq nəticələrindən istifadə etməklə ərazinin küy xəritələrinin tərtib edilməsi metodikası araşdırılmışdır. Respublikamızın ekoloji hüquq sferasında akustik küyün idarə edilməsi məsələlərinə aid qanunvericilik bazasının formalaşdırılması aktuallığı əsaslandırılır. Bakı şəhərinin bəzi obyektlərində küy çirklənməsi vəziyyətinin müəyyənləşdirilməsi istiqamətində aparılmış ilkin monitorinqin nəticələri haqqında qısa məlumat verilir. Bu məqsədlə monitorinq sistemlərinin IoT texnologiyaları bazasında yaradılmasının daha məqsədəuyğun olması əsaslandırılmışdır. Məqalənin hazırlanmasında mövzu üzrə problemlərin və onların həll yollarının elmi analizi, nəticələrin ümumiləşdirilməsi (sintezi) və sistemli yanaşma metod və metodologiyalarından istifadə edilmişdir. Tədqiqat nəticələrindən diskomfort küy zonalarının aşkarlanması məqsədilə akustik küy monitorinqinin aparılmasında,  monitorinq nəticələrinə əsasən ərazinin küy xəritələrinin tərtib edilməsində, ətrafın küy çirklənməsinin azaldılması üçün müvafiq mühafizə tədbirlərinin həyata keçirilməsi işində istifadə etmək olar (səh.26-37).

Açar sözlər:küy çirklənməsi, küy xəstəlikləri, küydən mühafizə, küy monitorinqi, küy xəritələri.
DOI : 10.25045/jpis.v11.i1.02
Ədəbiyyat
  • World Health Organization, “Night noise guidelines for Europe”, 2017, http://www.euro.who.int2017
  • International Labour Office, “Protection of workers against noise and vibration”, ILO Code of Practice, 2017, http://www.ilo.org
  • NIOSH (National Institute for Occupational Safety and Health),USA. Occupational Noise Exposure – Criteria for a Recommended Standard, 2014, https://www.cdc.gov
  • Попова А.Ю. О состоянии условий труда и профессиональной заболеваемости в РФ. Медицина труда и экология человека, 2015, №3, с.7-13.
  • Концепция снижения уровней шума и вибрации в городе Москве: Приложение 1 Постановление правительства Москвы от 16 октября 2007 г., № 896-ПП, http://www.gosthelp.ru/text/Postanovlenie896PPOKoncep.html
  • ГОСТ 12.1.003-83. Шум. Общие требования безопасности, 1983.
  • ГОСТ Р 53187-2008. Акустика. Шумовой мониторинг городских территорий, 2008.
  • СНиП 23-03-2003. Зашита от шума, 2003.
  • Суворов Г.А., Шкаринов Л.Н., Денисов Э.И. Гигиеническое нормирование производственных шумов и вибраций. Москва: Медицина, 1014, 240 с., https://ntm.ru/UserFiles/File/document/SHUM/NORM/SN2_2_42_1_8_562_96.pdf
  • Jonsson. Noise as a possible risk factor for raised blood pressure in man // Journal of Sound and Vibration, 1978, vol. 59, pp 109-121.
  • Зинкин В.Н. Cовременные аспекты контроля и мониторинга инфразвука как вредного производственного фактора на транспорте и промышленных объектах // Актуальные проблемы траспортной медицины 2014, № 4, т.2 (38), с. 10-25.
  • ISO 1999: 2013. Acoustics. Estimation of noise-induced hearing loss.
  • Directive 2002/49/EP/EC. Of the European parliament and of the council of 25 june 2002.“Relating to the assessment and management of environmental noise”, https://www.eur-lex.europa.eu/
  • Directive 2003/10/EC of the European Parliament and of the Council. On the minimum health and safety requirements regarding the exposure of workers to the risks arising from physical agents (noise), https://acm.eionet.europa.eu/reports/docs/ETCACM_TP_2016_13_NoiseInEurope2017.pdf
  • ISO 1999:1990. Acoustics -- Determination of occupational noise exposure and estimation of noise-induced hearing impairment.
  • World Health Organization, Regional Office for Europe. Night noise guidelines for Europe, Copenhagen, 2014, http://www.euro.who.int
  • Council Directive 89/629/EEC. On the limitation of noise emission from civil subsonic jet aeroplanes (OJ 1989 L 363, p. 27), https://www.dial.uclouvain.be/pr/boreal/object/boreal:158107/datastream/PDF_01/view
  • СН2.2.4/2.1.8.562-96. Шум на рабочих местах, в помещениях жилых, общественных зданий и на территории жилой застройки, 1996.
  • ГОСТ 23941-2002. Шум машин. Методы определения шумовых характеристик. Общие требования, 2002.
  • ГОСТ 31296.1-2005. Шум. Описание, измерение и оценка шума на местности. Часть 1. Основные величины и процедуры оценки, 2005.
  • ГОСТ 17187-2010. Шумомеры. Часть 1. Технические требования, 2010.
  • ГОСТ 12090-80. Частоты для акустических измерений, 1980.
  • Кошурников Д.Н., Максимова Е.В. Обзор зарубежной и отечественной практики шумового картирования (Noise Mapping) в условиях плотной городской застройки Вестник Пермского национального исследовательского политехнического университета, 2018, №3, c. 27-43.
  • “New York City, Noise map,” 02/01/2014, http://www.nycopendata.socrata.com
  • ISO 1996-1:2003. Acoustics – Description, measurement and assessment of environmental noise - Part 1: Basic quantities and assessment procedures (MOD).
  • ISO 1996-2:2007. Acoustics – Description, measurement and assessment of environmental noise. Part 2: Determination of environmental noise levels (MOD).
  • Rychtarikova, G. Vermeir. Soundscape categorization on the basis of objective acoustical parameters // Applied Acoustics, 2013, vol. 74, no. 2, pp. 240–247/